açıq mənbədən götürülüb
Bakıda keçirilən “Formula-1” yarışlarının təşkili zamanı 397 min manatdan çox büdcə vəsaitini mənimsəməkdə ittiham olunan keçmiş şöbə rəisi Çingiz Mehdiyevə hökm oxunub.
Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən, o, 3 il sınaq müddəti olmaqla 8 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzası alıb.
APA yazır ki, onun əmlakının üzərinə qoyulan həbs götürülüb.
Çingiz Mehdiyevin dəymiş ziyanı tam ödədiyi deyilir.
Ötən prosesdə dövlət ittihamçısı bunun nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib.
Bundan öncə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 10 il cəza istəmişdi.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edir.
Mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyan 397 min 852 manat təşkil edir.
İttihama görə, Ç. Mehdiyev, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb.
O, dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.
Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti “Formula 1” yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
Müdafiə tərəfi ötən iclaslarda cinayət baş verən dövrdə Bakı Şəhər Halqası əməliyyat şirkətinin rəhbəri olmuş mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da məhkəmədə dindirilməsini istəmişdi, lakin vəsatətə baxılmamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sübhan Həsənli/şəxsi arxiv
Aysel Umudova/şəxsi arxiv
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır