Məhkəmə

Dövlət Turizm Agentliyinin həbs olunan əməkdaşının kimliyi bəlli olub

10 Mart, 2025
173

açıq mənbədən götürülüb

Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş və haqqında həbs qətimkan tədbiri seçilmiş əməkdaşının adı açıqlanıb. 

Hökumətyönlü media yazır ki, DTA-nın Nicat Hüseynov adlı əməkdaşı martın 4-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub və məhkəmə qarşısına çıxarılıb. 

Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Xəbərdə Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi yazılsa da, onun hansı maddə ilə ittiham olunduğu və həbs qətimkan tədbirinin müddəti bildirilməyib. 

Bundan əvvəl, martın 4-də DTA sədri Fuad Nağıyevə Prezident İlham Əliyevin sərəncamı ilə “işində yol verdiyi nöqsanlara görə” şiddətli töhmət verilib.

Ancaq sərəncamda töhmətin nədən ibarət olduğu və konkret hansı nöqsanlardan söhbət getdiyi qeyd olunmayıb. 

Buna baxmayaraq, hökumətyönlü mediada Nağıyevin rəhbərlik etdiyi təşkilatda çalışan əməkdaşların xidməti yazışmaları xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürdükləri, Nağıyevin və işçilərinin də məhz buna görə cəzalandırıldığı iddia olunub. 

“Lent.az” xəbər saytında yayımlanan məqalədə, həmçinin Nağıyevin “Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən” “Transparency International” təşkilatında çalışmış şəxsləri rəhbərlik etdiyi quruma gətirdiyi yazılıb. 

Yerli mediada yayılan xəbərlərə görə,  “Transparency International”ın Azərbaycandakı nümayəndəliyi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatı martın 5-i fəaliyyətini dayandırıb.

Martın 5-i “Lent.az” Nağıyev və DTA-da çalışan bəzi əməkdaşların istintaqa çağırıldığını bildirib. Eyni gündə “Modern.az” xəbər saytı DTA-nın Aparat rəhbəri Kənan Qasımovun işdən çıxarıldığı xəbərini yayıb. Ancaq bu iddialar rəsmi olaraq təsdiqlənməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Azər Qasımlının məhkəməsində zərərçəkən kimi tanınan şəxs ifadə verib

30 İyul 2025

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. APA xəbər verir ki, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib. Kriptovalyuta biznesi ilə məşğul olduğunu deyən Yusifov vaxtilə A.Qasımlının istəyilə onun adına hesab açdığını və politoloqun verdiyi 20 min ABŞ dolları pulla həmin dəyərdə “bitcoin”lər aldığını bildirib. Onun sözlərinə görə, sonradan “bitcoin”lər dəyər itirib.  Yusifov iddia edib ki, A.Qasımlı qarşılığında ondan “bitcoin”lər və ya 45 min ABŞ dolları tələb edib: “Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə,...
Məhkəmə

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını deyir

30 İyul 2025

Foto: sosial media

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti baxış iclası keçirilib.  Bu barədə onun ailə üzvləri Toplum TV-yə bildirib.  F.Qasımov məhkəmədə bildirib ki, 42 gündür vəkili Nemət Kərimli ilə əlaqə saxlaya bilmir. Buna görə də o, vəkili ilə konfidensial  ünsiyyət üçün vaxt istəyib. Hakim onlara 5 dəqiqə vaxt verib.  Ailə üzvləri bildirir ki, fasilə zamanı F.Qasımov sənədlərini vəkilinə vermək istəyəndə konvoy sənədləri əlindən alaraq otaqdan çıxıb, daha sonra qayıdaraq sənədləri hakimə verib.  F.Qasımov bunun qanunsuz olduğunu deyib və sənədlərin vəkilinə verilməsini istəyib. Yalnız bundan sonra sənədlər vəkilə verilib. Daha sonra vəkil N.Kərimli də F.Qasımova sənədlər...

Seçilmiş Videolar

Toplum TV loqo