Məhkəmə

Ələsgər Məmmədli hakimə: “Siz sifarişli qərarlar həyata keçirməklə məşğulsuz” 

31 Dekabr, 2024
59

"Toplum TV" işi ilə bağlı heç bir yeni əsas, dəlil ortaya qoyulmadan, konsititusiyaya əsaslanaraq (Azərbaycan Respublikasının qanunları Konsititusiyaya əsaslanaraq tətbiq olunmalıdır) heç bir maddə göstərilmədən Ələsgər Məmmədlinin və digər şəxslərin həbs müddəti daha 3 ay uzadıldı.

Bunu Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli Facebook səhifəsində yazır.

O qeyd edir ki, bu halda “təqsirləndirilən şəxsin” ( saxta qondarma ittihamlarla) Konstitusiyanın 28-ci maddəsinə əsasən azadlıq, 68-ci maddəsinə əsasən təqsirsizlik prezumpsiyası və 32-ci maddəsinə əsasən şəxsi toxunulmazlıq hüquqları pozulmuş sayılır.

G. Məmmədlinin qənaətincə, bu da o deməkdir ki, ölkədə hüquq sistemi qanunlar əsasında yox, sifariş əsasında fəaliyyət göstərir.

 “Ələsgər Məmmədli məhkəmə zamanı konstitusiyadakı bu maddələrə əsasən öz etirazını bildirib və hüquqlarının pozulması ilə bağlı hazırladığı çıxışı etməyə imkan verilməyib. Ancaq buna baxmayaraq qismən də olsa Məmmədli öz etiraz və iradlarını müstəntiqlərə və hakimə bildirib” – G.Məmmədli yazır və əlavə edir ki, məhkəmədə hakim Sülhanə Hacıyeva Ələsgər Məmmədliyə “Bizdən şikayətiniz varsa üst quruma bildirin” deyib.

Ələsgər Məmmədli isə ona belə cavab verib: “Siz üst qurumla bir-birinizə top ötürməklə və sifarişli qərarlar həyata keçirməklə məşğulsuz. Buna görə də şikayətin heç bir mənası yoxdur”.

Ələsgər Məmmədli bu ilin martında “Toplum TV işi” üzrə həbs edilən 7 nəfərdən biridir.

Onunla yanaşı III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin videoredaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev həbs ediliblər. İki nəfər Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə veriliblər.

Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Özləri ittihamı rədd edirlər, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu deyirlər.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Casusluqda, dövlətə xəyanətdə ittiham edilən Fransa və Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb

6 Yanvar 2025

ordu.az

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın və dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı Azad Məmmədlinin məhkəməsi başlayıb (Turan). Hakim Elmin Rüstəmov elan edib ki, Rayanı 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə, Məmmədlini isə 15 il və ya ömürlük həbs cəzası gözləyir. Prokuror Ziya Mansurov ittiham aktını açıqlayıb.  İttiham aktına əsasən, Rayan 2021-ci ildə Fransanın Bakıdakı səfirliyində çalışmış Fransa Müdafiə Nazirliyi Xarici Təhlükəsizlik Baş İdarəsinin işçiləri tərəfindən əməkdaşlığa cəlb edilib. Ona əməkdaşlığa cəlb etmək məqsədilə Fransada təhsil almış və fransız dilini bilən Azərbaycan vətəndaşları haqqında məlumat toplamaq tapşırılıb. İttiham aktına görə, Rayana və...
Məhkəmə

Akif Qurbanov: “Əliyev Əsədin taleyindən dərs çıxarmalıdır”

28 Dekabr 2024

Açıq mənbədən götürülüb

“Hakimiyyət yerli və xarici optimistlərin gözləntilərinin əksinə olaraq COP29-dan sonra da repressiyanı davam etdirməkdədir. Bununla, guya həm Qərbdən COP29-un acığını çıxır, həm də  ölkədə yaranmış insan haqları böhranına görə artan beynəlxalq təzyiqin qarşısından çəkilməyəcəyini göstərir”.  III Respublika Platformasının (ResPlatforma) spikeri Akif Qurbanov təcridxanadan yazır. O, daha sonra son həbslərə toxunaraq yazır ki, hakimiyyət Rüfət Səfərov, Meydan TV əməkdaşlarının və Azər Qasımlının həbsi ilə guya Qərbin qalan “dayaqlarını” sıradan çıxarır: ”Axı öz aləmlərində  bizləri Qərbin adamları, onun təsir agentləri elan ediblər. Hakimiyyət  indi də cəmiyyəti bu yolla aldadır.  Biz isə heç kimin adamı deyilik. Qərbin adamı olsaq, Azərbaycana bağlı olmasaq, ölkənin...

Seçilmiş Videolar

Toplum TV loqo