Siyasət

Qarabağ separatçılarının məhkəmə prosesinin vaxtı məlum olub

6 Yanvar, 2025
23

açıq mənbədən götürülüb

Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi üzrə növbəti məhkəmə prosesi yanvarın 17-nə təyin olunub.

APA xəbər verir ki, cinayət işi üzrə ittiham aktını dekabrın 16-da Baş prokuror təsdiq edərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərib.

Baş Prokurorluqdan bildirilir ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsilə bağlı qurumun İstintaq idarəsində istintaq aparılıb.

Bildirilir ki, Baş prokurorun qərarı ilə 1987-ci ilin oktyabrından 2024-cü il aprelin 22-dək törədilmiş 1389 cinayət işi bir icraatda birləşdirilib, Baş Prokurorluğun rəhbərlik etdiyi istintaqı isə Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət qrup aparıb. 

Qeyd olunur ki, ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. 

Onların hər birinin vəkillə, eləcə də bildiyi dildən istifadə etmək və digər hüquqlarının təmin edildiyi də bildirilir.

Bundan başqa, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verildiyi, onların cinayət işinin bütün materialları ilə tanış olduqları deyilir.

Eyni zamanda, çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata götürülərək ibtidai istintaq davam etdirilir.

Sonda qeyd olunur ki, Azərbaycanın Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistanda olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Təqsirləndirilən şəxslərin ittihamlara münasibətləri bəlli deyil.

Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə imzalanan atəşkəs razılaşmasına qədər Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi.  

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə və 2023-cü ilin sentyabrında birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. 

Qarşı tərəf 19-20 sentyabr əməliyyatını "etnik təmizlənmə" və "təcavüz" adlandırıb. Bununla belə, sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını açıqlayıblar. Bundan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb, sentyabrın 28-də tanınmayan qondarma qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstan 25 əcnəbini “nümayişlərdə iştiraka görə” ölkədən çıxarıb

7 Yanvar 2025

OC-MEDİA

Gürcüstan Daxili İşlər Nazirliyi noyabr və dekabr aylarında hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi iddia edilən 25 əcnəbinin ölkədən çıxarılmasına qərar verib (OC Media).  Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 25 əcnəbidən artıq 10 nəfərin Gürcüstanı tərk etdiyini bildirsə də, onların hansı ölkədən olduğunu açıqlamayıb. Miqrasiya İdarəsi bildirib ki, 2024-cü ilin son iki ayı ərzində İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya vətəndaşları da daxil olmaqla, müxtəlif ölkələrdən olan 91 əcnəbi Gürcüstandan çıxarılıb.  İdarədən verilən açıqlamaya görə, deportasiya edilən 91 nəfər arasında etiraz aksiyalarında iştirak etdiyi deyilən və buna görə də "müxtəlif inzibati cərimələrə" məruz qalan 25...
Siyasət

Keçmiş icra başçısının qohumlarının torpaq sahələri satışa çıxarılıb

7 Yanvar 2025

pressklub.az

Əbülfəz Elçibəy hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, indi Rusiyada yaşayan ictimai fəal Saleh Rüstəmovun həyat yoldaşının, qardaşının və bacısının adına olan torpaq sahələri satışa çıxarılıb. Bu barədə onun oğlu Elturan Rüstəmli Facebook hesabında yazıb. "Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə, atamın adına olan, hal-hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan, ciddi cəhdlərə baxmayaraq müsadirənin icrası mümkünsüz olub. İndi isə...

Seçilmiş Videolar

Toplum TV loqo