Ölkə

Bərdədə müəllimin psixoloji təzyiqlər nəticəsində intihar etdiyi deyilir

6 Yanvar, 2025
279

açıq mənbədən götürülüb

Bərdə sakini, 36 yaşlı Vüsalə Verdiyevanın ötən il dekabrın 19-da intihar edib, Bərdə Rayon Prokurorluğunun məlumatında deyilir.

Vüsalə Verdiyevanın adının açıqlanmasını istəməyən müəllim yoldaşının Meydan TV-yə dediyinə görə, hadisə uzun müddətli psixoloji təzyiqlər nəticəsində baş verə bilərdi. 

“O, yaşamaq eşqi çox olan insan idi. İntihar edəcəyinə inanmıram. Müəllimlərin qiymətləndirilmə imtahanında 53/60 bal toplamışdı. Lakin onun danışdıqlarına əsasən, ailəsində iqtisadi zorakılıqlara məruz qalırdı. Daha sonra barəsində şəxsi həyatına dair dedi-qodular yayılmağa başladı, sonra isə dərsə gəlmədi. Noyabrda işdən azad edildi, dekabrda da intihar etdiyini eşitdik”, müəllim yoldaşı deyir.

Onun sözlərinə görə, Vüsalə Verdiyeva kredit götürübmüş və bununla bağlı narazılıq varmış:  “Baldızının ərinin borcuna görə Vüsalə ya özünün, ya da atasınının adına kredit götürmüşdü. Bununla bağlı əri və baldızı ilə problem yaşadığını demişdi”. 

Müəllim yoldaşı mərhuma qarşı işdə qısqanc münasibət nümayiş etdirildiyini də vurğulayır: “Yığdığı bal yüksək idi və buna görə də qısqanclığa məruz qalırdı. Barəsində şaiyələr çıxararaq məktəbdə ona qarşı psixoloji təzyiq edirdilər”.

Onun sözlərinə görə, müəllim yoldaşlarından biri oktyabrın axırlarında məktəbdən çıxarkən onu gedəcəyi yerə ötürüb. Bundan sonra haqqında dedi-qodular başlayıb, əri də onu xəyanət etməkdə ittiham edib: “Bundan sonra atası evinə gedib. Ondan sonra məktəbə gəlmədi. Bir müddət sonra işdən azad edildi. İşləməyi, ixtisasını sevirdi, öz xoşu ilə işdən uzaqlaşacağını düşünmürəm. Direktorun ona zəng etdiyini və nəsə danışdıqlarını bilirəm, sadəcə”.

Hələlik Bərdə Rayon Prokurorluğu hadisənin niyə baş verməsi haqqında açıqlama verməyib. 

Sosial mediada ictimai fəallar səsləndirilən iddiaların ədalətli araşdırılmasını, gənc qadına təzyiq olubsa, günahkarların cəzalandırılmasını tələb edirlər.  

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

““Abzas”çılar və Bəhruz Səmədova oxunan hökmlər olan-qalan müstəqil mediaya son qoymaqdır” 

24 İyun 2025

Foto: Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb.  Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”.  Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur.  “Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, - deyə təşkilat çağırış edib.  İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il...
Ölkə

Xüsusi karantin rejimi yenə uzadıldı

23 İyun 2025

Foto: sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadıldı. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 2025-ci il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi. İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Seçilmiş Videolar

Toplum TV loqo