Casusluqda, dövlətə xəyanətdə ittiham edilən Fransa və Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
ordu.az
Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın və dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı Azad Məmmədlinin məhkəməsi başlayıb (Turan).
Hakim Elmin Rüstəmov elan edib ki, Rayanı 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə, Məmmədlini isə 15 il və ya ömürlük həbs cəzası gözləyir.
Prokuror Ziya Mansurov ittiham aktını açıqlayıb.
İttiham aktına əsasən, Rayan 2021-ci ildə Fransanın Bakıdakı səfirliyində çalışmış Fransa Müdafiə Nazirliyi Xarici Təhlükəsizlik Baş İdarəsinin işçiləri tərəfindən əməkdaşlığa cəlb edilib. Ona əməkdaşlığa cəlb etmək məqsədilə Fransada təhsil almış və fransız dilini bilən Azərbaycan vətəndaşları haqqında məlumat toplamaq tapşırılıb.
İttiham aktına görə, Rayana və Azad Məmmədliyə Azərbaycanın Böyük Britaniya ilə əməkdaşlığı, Türkiyə ilə hərbi əlaqələr, Pakistan və digər ölkələrdən hərbi təchizat, İran, Rusiya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələri barədə məlumat toplamaq tapşırılıb. Eyni zamanda, Azad Məmmədlidən tələb olunub ki, Fransanın Azərbaycan və Ermənistan arasında sülhün, Rusiyanın isə münaqişənin davam etdirilməsinin tərəfdarı olması barədə təbliğat aparsın.
Qeyd olunur ki, Azad Məmmədliyə Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq müqabilində Avropa ölkələrindən birində yaşamaq imkanı vəd edilib.
Məmmədli özünü təqsirli hesab etməyib, Rayan isə özünü qismən günahkar saydığını bildirib. Fransa vətəndaşı deyib ki, qeyd olunan hərəkətləri qəsdən törətməyib və məhkəmə zamanı bunu sübut etməyə hazırdır.
Növbəti məhkəmə iclası fevralın 19-na təyin edilib.
Martin Rayan 2023-cü il dekabrın 4-də saxlanılıb və Fransa kəşfiyyatının xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib.
O, 2020-ci ilin oktyabrından Bakıda fəaliyyət göstərən, qida məhsulları və xammal idxalı üzrə ixtisaslaşan “Merkorama” şirkətinə rəhbərlik edib. Şirkət həmçinin Azərbaycanda xarici şirkətlərin ixrac məsələləri və müəssisələrin yaradılması, İT, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsi üzrə konsaltinq ilə məşğul olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Möhyəddin Orucov/şəxsi arxiv
Nicat İbrahim: Biznesimi çökdürdülər, özümü güllələdilər, şərlədilər... Axı nə istəyirlər məndən?..
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.