Məhkəmə

Casusluqda, dövlətə xəyanətdə ittiham edilən Fransa və Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb

6 Yanvar, 2025
25

ordu.az

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın və dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı Azad Məmmədlinin məhkəməsi başlayıb (Turan).

Hakim Elmin Rüstəmov elan edib ki, Rayanı 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə, Məmmədlini isə 15 il və ya ömürlük həbs cəzası gözləyir.

Prokuror Ziya Mansurov ittiham aktını açıqlayıb. 

İttiham aktına əsasən, Rayan 2021-ci ildə Fransanın Bakıdakı səfirliyində çalışmış Fransa Müdafiə Nazirliyi Xarici Təhlükəsizlik Baş İdarəsinin işçiləri tərəfindən əməkdaşlığa cəlb edilib. Ona əməkdaşlığa cəlb etmək məqsədilə Fransada təhsil almış və fransız dilini bilən Azərbaycan vətəndaşları haqqında məlumat toplamaq tapşırılıb.

İttiham aktına görə, Rayana və Azad Məmmədliyə Azərbaycanın Böyük Britaniya ilə əməkdaşlığı, Türkiyə ilə hərbi əlaqələr, Pakistan və digər ölkələrdən hərbi təchizat, İran, Rusiya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələri barədə məlumat toplamaq tapşırılıb. Eyni zamanda, Azad Məmmədlidən tələb olunub ki, Fransanın Azərbaycan və Ermənistan arasında sülhün, Rusiyanın isə münaqişənin davam etdirilməsinin tərəfdarı olması barədə təbliğat aparsın.

Qeyd olunur ki, Azad Məmmədliyə Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq müqabilində Avropa ölkələrindən birində yaşamaq imkanı vəd edilib. 

Məmmədli özünü təqsirli hesab etməyib, Rayan isə özünü qismən günahkar saydığını bildirib. Fransa vətəndaşı deyib ki, qeyd olunan hərəkətləri qəsdən törətməyib və məhkəmə zamanı bunu sübut etməyə hazırdır. 

Növbəti məhkəmə iclası fevralın 19-na təyin edilib.

Martin Rayan 2023-cü il dekabrın 4-də saxlanılıb və Fransa kəşfiyyatının xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib.

O, 2020-ci ilin oktyabrından Bakıda fəaliyyət göstərən, qida məhsulları və xammal idxalı üzrə  ixtisaslaşan “Merkorama” şirkətinə rəhbərlik edib. Şirkət həmçinin Azərbaycanda xarici şirkətlərin ixrac məsələləri və müəssisələrin yaradılması, İT, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsi üzrə konsaltinq ilə məşğul olub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub

7 Yanvar 2025

Möhyəddin Orucov/şəxsi arxiv

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə iclasında ara qarışıb, təqsirləndirilən şəxsə və məhkəməni izləməyə gələnlərə qarşı Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiq göstərilib.  Səbəb dövlət ittihamçısının Möhyəddin Orucovun polis şöbəsində üzərinə baxış keçirilməsi ilə bağlı videogörüntülərin məhkəmədə nümayiş etdirilməsini istəməsi olub.  Vəkil Nazim Musayev buna etiraz edib. O bildirib ki, iş üzrə üç şahiddən bu gün cəmi biri dindirilib, hələ dindirilməmiş iki şahid olduğuna görə görüntülərin nümayiş etdirilməsi qanunaziddir.  “Kamera görüntüləri sübutlar siyahısındadır və yalnız dindirilmələr başa çatdıqdan sonra sübutların dəyərləndirilməsi mərhələsində baxış keçirilə bilər”, vəkil deyib.  Hakimsə prokurorun vəsatətini təmin edib...
Məhkəmə

Nicat İbrahim: Biznesimi çökdürdülər, özümü güllələdilər, şərlədilər... Axı nə istəyirlər məndən?.. 

7 Yanvar 2025

açıq mənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin məhkəməsi başlayıb. Bu iş hakim Aygün Qurbanovanın icraatındadır.    “Aeraportda məhkəmə qərarının üzünə də baxmayıblar”  İş üzrə keçirilən hazırlıq iclasında vəkil Zibeydə Sadıqova müvəkkilinin ev dustaqlığına buraxılmasına dair vəsatət təqdim edib.  Vəkil Nicat İbrahimin əsas olmadan həbsdə saxlanıldığını bildirib:  “Daxili İşlər Nazirliyi heç bir əsas olmadan Nicat İbrahimin ölkədən çıxışına məhdudiyyət qoyub. O da həmin qurumu məhkəməyə verib. 2024-cü ilin mayında Səbail rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin məhdudiyyətlə bağlı qərarını ləğv edib. Bundan dörd ay sonra – sentyabrın 6-da Nicat İbrahim həyat yoldaşı və iki azyaşlı övladı ilə Moldovaya uçmaq üçün Heydər...

Seçilmiş Videolar

Toplum TV loqo