Məhkəmə

Ələsgər Məmmədli: “Həkimlər əməliyyat olunmağım üçün sənəd verməyə qorxurlar”

19 May, 2025
68

Foto: Əkinçi

Mayın 19-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə vəsatət veriblər.

Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, müvəkkilinin qalxanabənzər vəzində şiş var və bu, təcili əməliyyat edilməlidir. O deyib ki, həkimlərin rəyinə əsasən, şiş 15 millimetrdən böyük olanda mütləq əməliyyat olunmalıdır, Məmmədlidə isə bu, artıq 23 millimetrə çatıb. 

Hakim əməliyyatın zəruriliyi ilə bağlı həkim rəyini istədikdə Məmmədli bildirib ki, bu, ona şifahi deyilib və yazılı rəyi yoxdur. 

“Mən həbs olunandan sonra guya məni müayinəyə apardılar. Amma o müayinə formal keçirildi. Həkimlər özləri də vəziyyəti bilirlər, amma əməliyyatla bağlı sənəd verməyə qorxurlar", - o deyib. 

İzzətlinin vəkili Bəhruz Bayramov da müvəkkilinin səhhətilə əlaqədar ev dustaqlığına buraxılmasını istəyib. O deyib ki, müvəkkilinin öd kisəsi çıxarılıb və daxili orqanlarında problem var. 

Məhkəmə vəsatətləri təmin etməyib.

Ardınca dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxslər haqqında ittiham aktlarını oxumağa başlayıb. Vaxt yalnız Məmmədlinin və Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanovun aktlarını oxumağa yetib.

Növbəti məhkəmə prosesi iyunun 2-ə təyin olunub. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həbsdəki işçi hüquqları fəalı “kars”a salınıb

19 May 2025

Foto: Fərqanə Novruzova

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cərimə kamerasına (“kars”a) salındığı məlum olub.  Bu barədə onun ailə üzvləri “Meydan TV” - yə xəbər verib.  Onlar bildiriblər ki, Mustafayev mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayıb və o vaxtdan onunla əlaqə saxlaya bilməyiblər.  İki həftə sonra onlar ailə üzvlərinin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü və burda karserə salındığını öyrəniblər.  Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.  2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti...
Məhkəmə

“Toplum TV işi”: Ələsgər Məmmədli və Akif Qurbanovla bağlı ittiham elan olunub

19 May 2025

Foto: Toplum TV

Mayın 19-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının bir hissəsi - Toplum TV həmtəsisçisi Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanova aid hissəsi elan olunub. İclasda Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. Növbəti məhkəmə prosesi iyunun 2-ə təyin olunub.  “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid...

Seçilmiş Videolar

Toplum TV loqo