İqtisadiyyat

Polşa Azərbaycana çatacaq "Boeing" təkərlərini müsadirə edib

19 May, 2025
414

Foti: AFP

Polşa gömrükçüləri Belarus və Rusiya üzərindən keçərək Azərbaycana çatacaq təyyarə təkərlərini müsadirə edib. 

Mayın 19-da Polşa Milli Vergi Administrasiyasının verdiyi məlumatda bildirilir ki, təkərlərin ümumi ağırlığı 5 ton olub və onlar İspaniyadan göndərilib. 

Gömrük orqanına təqdim olunan sənədlərdə malların avtomobil və avtobus təkərləri olduğu qeyd edilsə də, əslində onların “Boeing” firmasının istehsalı olan təyyarələrə məxsus olduğu məlum olub. 

Nəticədə, Belarus sərhədindəki polşalı gömrükçülər təkərləri müsadirə ediblər. Faktla bağlı cinayət işi açılıb. 

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başladığı vaxtdan bəri Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib, o cümlədən təyyarələrin və onların ehtiyat hissələrinin satışına qadağa qoyub. 

Ehtiyat hissələrinin çatışmazlığı səbəbindən Rusiyadakı hava yolları şirkətləri donanmanın bir hissəsini istismardan çıxararaq ehtiyat hissələri üçün sökməyə məcbur olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İki fərqli mənzərə: Ermənistan əmək bazarında irəliləyərkən Azərbaycan niyə geri qalır?

5 Dekabr 2025

Foto/kollaj: Toplum TV

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə müzakirələri zamanı bildirib ki, son 6 ildə onun iqtisadi komandasının fəaliyyəti nəticəsində ölkədə 224 min yeni iş yeri yaranıb. Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda cəmi 586 min rəsmi əmək müqaviləsinə əsaslanan iş yeri var idisə, hazırda bu rəqəm 810 minə çatıb. Paşinyanın təqdim etdiyi göstəricilər Ermənistanın ümumi 1,174 milyon məşğul əhalisinin 69 faizinin hazırda rəsmi əmək müqaviləsi ilə işlədiyini göstərir. Müqayisə üçün, 2018-ci ilin sonunda ölkədə ümumi məşğul əhali 907,5 min nəfər, muzdla işləyənlər isə 586 min nəfər idi. Rəqəmlər ötən dövrdə Ermənistanda əmək bazarının şəffaflaşmasının xeyli sürətləndiyini və rəsmi məşğulluğun...
İqtisadiyyat

İqtisadçı: “İlin yarısını iş axtarmaqla keçirən insanlar tibbi sığorta haqqını necə ödəyəcək?”

3 Dekabr 2025

Foto/kollaj: Toplum TV

Maliyyə naziri Sahil Babayev dekabrın 2-də Milli Məclisin plenar iclasında gələn il üçün icbari tibbi sığortaya ayrılmış vəsait haqda danışıb.  Nazir bildirib ki, gələn il uşaqlar, pensiyaçılar, əlilliyi olan və əmək qabiliyyəti olmayan şəxslər və işsizlər dövlət tərəfindən sığorta olunacaqlar. Onun sözlərinə görə, burada söhbət 7.3-7.5 milyon insandan gedir və onların tibbi sığortası üçün büdcədə 900 milyon manat vəsait ayrılıb.  "Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortası əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır. Yəni, minimum əhalinin 95%-i tibbi sığorta ilə tam şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo