Ölkə

Vəfa Musayeva Everesti fəth edən ilk qadın Azərbaycan vətəndaşı olub

19 May, 2025
96

Foto: sosial media

Azərbaycanlı alpinist və pedaqoq Vəfa Musayeva Nepalda yerləşən Everest və Lhotse zirvələrini fəth edən ilk Azərbaycan vətəndaşı qadın kimi tarixə düşüb.

O, mayın 15-də 8848 metr yüksəklikdə yerləşən Everesti fəth edib.

 İki gün sonra isə Musayeva 3 km yaxınlıqda və 8516 metr yüksəklikdə yerləşən Lhotse zirvəsinə qalxıb.

Alpinist, həmçinin, bir dağaqalxma mövsümündə 8000 metrdən hündür iki zirvəyə çıxmış ilk azərbaycanlı qadın kimi də tarixə düşüb. 

Bundan əvvəl 2023-cü ildə Elmira Aslanova adlı azərbaycanlı alpinist də Everest zirvəsini fəth edib, lakin o, Ukrayna vətəndaşıdır.

Musayeva mayın 18-də Everest baza düşərgəsinə qayıdıb və bu barədə sosial media hesablarında məlumat verib. 

2007-ci ildə İsrafil Aşurlı Azərbaycandan Everesti fəth edən ilk alpinist olub. 

12 il sonra Vadim Vokryaçko da buna nail olub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Gəncədə və İmişlidə müəmmalı yeniyetmə ölümləri

16 May 2025

sosial media

İmişli rayonunun Qaralar kəndində 15 yaşlı qızın meyiti tapılıb.  “Lent.az”ın mayın 16-da verdiyi xəbərə görə, 9-cu sinif şagirdi Mütəllimova Türkanın  meyiti yaşadığı evin həyətində yarımtikilidə aşkarlanıb. Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Bundan əvvəl də, mayın 12-də Gəncədə Elgün İbrahimov adlı 17 yaşlı yeniyetmə oğlan küçədə döyülərək tərk edilib və aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada həyatını itirib. Hadisəni törədən şəxslər hələ də tapılmayıb.  Mayın 17-də Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumatda cinayət işinin başlandığı və istintaq tədbirlərinin davam etdirildiyi deyilir. Baş Prokurorluq və DİN istintaqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının ictimaiyyətdə çaşqınlıq yaratdığını...
Ölkə

Həbsdə olan işçi hüquqları fəalından 8 gündür xəbər yoxdur

15 May 2025

Fərqanə Novruzova

Ailəsi “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevdən 8 gündür xəbər ala bilmir.  Bu barədə “İşçi Masası” məlumat yayıb.  Bildirilir ki, Mustafayev saxlanıldığı 3 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına, həmçinin Tofiq Yaqublu və həbsdə olan digər siyasi məhbusların azad edilməsinə görə mayın 6-da aclıq aksiyasına başlayıb: “Bundan sonra ona təzyiqlər edilib və saxlanıldığı yer dəyişdirilib, lakin hazırda hansı müəssisədə saxlanıldığından xəbər yoxdur”. Ailəsi və dostları onun səhhətindən narahat olduqlarını deyirlər.  Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.  2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib....

Seçilmiş Videolar

Toplum TV loqo