Foto: Reuters
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri “ən böyük dron hücumunu” həyata keçirib.
Bu barədə mayın 18-də Ukraynanın Hərbi Hava Qüvvələri məlumat verib.
Məlumata görə, Rusiya bazar gününə keçən gecə ərzində 273 “Şahid” pilotsuz uçuş aparatları ilə Kiyev vilayətini hədəfə alıb. Hücum nəticəsində 28 yaşlı qadın ölüb və 4 yaşlı uşaq daxil olmaqla 3 nəfər yaralanıb.
Mayın 19-a keçən gecə də dron hücumları davam edib və nəticədə iki nəfər ölüb, 13 nəfər yaralanıb. Bu hücumlar, əsasən, Xarkiv, Sumu, Donetsk, Çerkası və Kirovoxrad vilayətlərini hədəfə alıb.
Hücumlar mayın 19-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında olacağı gözlənilən telefon zəngi ərəfəsində baş tutub.
Ötən həftə Rusiya və Ukrayna nümayəndələri 2022-ci ilin yazından bəri ilk dəfə birbaşa görüşüb danışıqlar aparsa da, atəşkəs barədə razılığa gəlməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fofo: Toplum TV
Foto: Andrew Harnik/Getty Images
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub