Toplum TV
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilova hökm oxunub.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.
Famil Xəlilov mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik maddələrin istehsalı, daşınması, saxlanması) üzrə ittiham ilə saxlanılıb. Fəalın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.
Onun yaxınları isə Xəlilovun saxlanılmasının əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin ünvanına yazdığı tənqidlər olduğunu bildirirdilər.
İctimai fəal ötən il dekabrın 3-də ev dustaqlığına buraxılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
VOA
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa