Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Foto: sosial media
"Meydan TV işi" üzrə həbs olunan jurnalist Fatimə Mövlamlı sözügedən iş üzrə ibtidai istintaqın bitməsi ilə bağlı təəssüratlarını bölüşüb.
Mövlamlının "Facebook" səhifəsində dərc olunan məktubu olduğu kimi təqdim edirik:
“Milyonluq şər”
"Meydan TV işi" üzrə istintaq yekunlaşdı. İstintaqın yekunlaşması bu iş üzrə həbs edilənlərə 4 sentyabrda elan olundu.
Məlumunuzdur ki, adımız bir milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə, yetmiş doqquz min manatdan artıq vergi borcunda hallandırılır. Hər birimiz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yeddi ayrı maddəsi ilə ittiham edilirik.
İttihamları oxuduqca özümü gülməkdən saxlaya bilmirdim. Doğrudan, iş o qədər bərbad və reallıqdan uzaq qurulub ki, məndə hiddət belə doğurmur, sadəcə gülməli gəlir. Hətta çıxıb "Bu cinayət işi saxtadır" deyə açıqlama versəydilər, yenə də hər şey indi olduğu qədər qurama görünməzdi.
Deməyi artıq hiss edirəm ki, bu ittihamlar ağ yalandır. Bizim, bizi şərləyənlərdən fərqli olaraq heç vaxt haqsız və cinayət yolu ilə əldə edilmiş qazancımız olmayıb. Həbsdə keçirdiyimiz hər gün müstəqil media uğrunda apardığımız mübarizənin əvəzidir. Biz jurnalistika fəaliyyətimizə görə həbsdəyik (Baxmayaraq ki, jurnalistika cinayət deyil).
On aydır davam edən istintaq hər gün bir az da dibə enməkdən başqa nəsə edə bilmədi. Bir bölük müstəntiq yığışıb adımıza milyonluq şər qoşmağa çalışdı, yapışmadı. Heç kim bizə cinayətkar gözü ilə baxmadı. Heç kim inanmadı.
Sizə buna uyğun bir misal çəkim: Həbsdə bir adət var, yeni tanış olan adamlar bir-birilərinə adlarından sonra hansı cinayətdə ittiham edildiklərini deyirlər. Mənim şəxsi təcrübələrimdə isə bu həmişə belə olub:
- "Statiyan" nədir?
- Mən jurnalistəm- vəssalam, daha heç bir sual yeri qalmayıb.
Heç kim soruşmayıb ki, nə olsun jurnalistsən, niyə həbsdəsən? Çünki, hamı bilir ki, Azərbaycanda jurnalist həbsə sadəcə öz işini dürüst yerinə yetirdiyi üçün də düşə bilər...
Yaşasın müstəqil media! Yaşasın söz azadlığı!
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən hədələndiyini deyir
Foto: sosial media
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?