Foto: sosial media
Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev aclıq aksiyasını dayandırıb.
Bu barədə onun yaxınları məlumat yayıb.
Məlumatda bildirilir ki, Vəliyev qərarını ailəsinin təkidi və səhhətində yaranan ciddi problemlərlə izah edib.
“Hacı Vəliyev saxlanma şəraitindən və gözündəki ciddi problemin hələ də müalicə olunmamasından narazılığını ifadə edib. Uzun müddətli aclıq aksiyasının onun fiziki və psixoloji vəziyyətinə dərin mənfi təsir göstərdiyi aydındır və bu, artıq geri dönməz fəsadlara səbəb ola bilər”, - deyə qeyd olunub.
Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirib. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini, habelə qalan gözünü itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirmişdilər.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Fərqanə Novruzova
Foto/kollaj: Toplum TV