Foto: Reuters
ABŞ Olimpiya və Paralimpiya Komitəsi transgender qadınların qadınlar arasında idman yarışlarında iştirakını qadağan edib.
Komitənin saytında dərc olunan qərarda bildirilir ki, bu barədə üzgüçülük, atletika və digər idman növlərinə nəzarət edən federasiyalara təlimat verilib.
Qərarda daha öncə bu barədə prezident Donald Tramp tərəfindən imzalanmış icra sərəncamına istinad edilir və deyilir ki, federasiyaların sərəncama “riayət etmək öhdəliyi” var.
Tramp fevralda imzaladığı sərəncamla transgender qadınların qadınlar arasında idman yarışlarından kənarlaşdırılmasını əmr edib və buna əməl etməyən federasiyaları hökumətdən aldıqları maliyyəni dayandırmaqla hədələyib.
ABŞ Milli Qadın Hüquqları Mərkəzi bəyanat yayaraq Komitəni qınayıb.
“Siyasi tələblərə təslim olmaqla, Komitə öz idmançılarının təhlükəsizliyini və ehtiyaclarını qurban verir”, - bəyanatda qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Sosial media
Foto/kollaj: Toplum TV
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib