Məhkəmə

“Azərbaycanda azad sözün qətli baş verir, mən də onun qurbanlarından biriyəm” - Şəmşad Ağa

6 Fevral, 2025
70

sosial media

“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa 2 ay 1 gün müddətə həbs edilib.
O da, “Meydan TV” işi üzrə həbs edilən digər şəxslər kimi qaçaqmalçılıqda ittiham olunur.
Şəmşad Ağa məhkəmə zamanı deyib ki, “hazırda Azərbaycanda azad sözün, azad medianın qətli baş verir və digər həbs olunan jurnalistlər kimi, mən də onun qurbanlarından biriyəm”. 

Ötən il dekabrın 6-da “Meydan TV işi” üzrə nəşrin baş redaktoru Aynur Elgünəş (Qəmbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə)  və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs ediliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Vardanyan həbsxanadan audio müraciət göndərib

13 Mart 2025

Azərtac

Azərbaycanda həbsdə olan Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan həbsxanadan audio müraciət göndərib. O, müraciətində aclıq aksiyasının 23-cü günündə olduğunu deyib və artıq aksiyanı dayandırdığını elan edib.  Səs yazısında Vardanyan aclıq aksiyasına başlamaq qərarını izah edib.  “Göstərmək istəyirdim ki, mühakimə olunan mən yox, bütün ermənilər və dövlətin özüdür. Göstərmək istəyirdim ki, ürəyində burada qalıb yaşamaqdan məmnun olanlar hansı bədəli ödəməlidir” Vardanyan baş tutan sonuncu məhkəmə prosesindən də danışıb və ona qarşı şahidlik edən Xankəndi sakinlərini vurğulayıb.  “Dünən məhkəmədə Stepanakertdə yaşayan iki Artsax ermənisi müxtəlif, çox düzgün olmayan şeylər iddia edərək mənə qarşı ifadə verdilər. Onlar məni həyatlarında heç vaxt...
Məhkəmə

Fazil Qasımova hökm oxundu

13 Mart 2025

sosial media

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.  Onunla birlikdə ittiham olunan Anar Əliyev isə 5 il həbs cəzası alıb. Hökm martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub. Dövlət ittihamçısı Fazil Qasımovun 10 il müddətinə, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.  Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu.  Özü ittihamı...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo