Foto: sosial media
“Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesində ittiham aktı elan olunub.
APA xəbər verir ki, iyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehralıyev ittiham aktını elan edib.
İttiham aktında iddia olunur ki, Əliyev və digər təqsirləndirilənlər “Meclis.info” saytını idarə etmək üçün xarici donor təşkilatlardan qrantlar alıb və gömrükdə bəyan etmədən ölkəyə gətiriblər.
Həmçinin, onların bu əməli “Abzas Media işi” üzrə həbs olunan jurnalistlərlə birgə törətdiyi iddia olunur.
Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi Dairəsi tanınıb.
Əliyev və digərləri özlərini təqsirli bilməyiblər. Növbəti məhkəmə prosesi iyunun 17-ə təyin olunub.
Qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.
Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.
“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
"Meydan TV işi": Ramin Deko barəsində həbs qərarı vermiş sabiq hakimin ona vəkillik etməsini istəyib
Foto: Meydan TV
Foto: sosial media
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb