Siyasət

SOCAR Almaniya ilə 10 illik qaz razılaşması bağlayıb

11 İyun, 2025
190

Foto: president.az

Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniyanın dövlət enerji şirkəti SEFE ilə 10 illik qaz təchizatı haqda müqavilə imzalayıb. 

Bu barədə iyunun 10-da “Azərtac” xəbər verib. 

Razılaşmaya əsasən, SOCAR SEFE-yə təbii qaz tədarük edəcək və illik həcm tədricən 1.5 milyard kub metrədək artacaq.

SEFE-dən mətbuat üçün verilən bəyanatda bildirilir ki, tədarükə bu il start veriləcək. 

SEFE-nin icraçı direktoru deyib ki, yeni müqavilə Azərbaycan və Almaniya arasındakı “güclü əlaqələrin sübutudur”. 

“Bu tərəfdaşlıqla biz Avropaya böyük həcmdə qazın çatdırılması üçün yeni bir marşrut qururuq, bununla da portfelimizi şaxələndirir və müştərilərimizin təchizat təhlükəsizliyini artırırıq," – o bildirib. 

SEFE Almaniya dövlətinə məxsus beynəlxalq enerji şirkətidir və 50,000 müştərini enerji ilə təmin edir. 

Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra Avropa İttifaqı Rusiya enerjisindən imtina edib və əvəzində Azərbaycana üzünü tutub. 

Lakin əksər müşahidəçilər Rusiyanın Azərbaycan vasitəsilə hələ də öz qazını Avropaya ötürdüyünü iddia edir. 

Azərbaycanın insan haqları sahəsindəki ağırlaşan vəziyyətinə və ölkə daxilində azsaylı tənqidçilərə qarşı davam edən təzyiqlərə baxmayaraq, Avropa İttifaqı Bakı ilə sıx əməkdaşlığına görə tənqidlərə məruz qalır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İsrail Qəzzada katolik kilsəsinə etdiyi hücumdan “xeyli təəssüflənib” 

18 İyul 2025

Foto: Getty Images

İsrail Qəzza zolağında yeganə katolik kilsəsi olan Müqəddəs Ailə Kilsəsinə etdiyi hücumdan “xeyli təəssüflənib”.  Bu barədə iyulun 17-də İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən bəyanatda bildirilib.  Bəyanatda əlavə olunub ki, hücumla bağlı araşdırma aparılır və İsrail “mülki şəxslərin və müqəddəs yerlərin qorunmasına sadiqdir”.  Kilsə iyulun 17-i səhər saatlarında tank atəşi ilə vurulub, nəticədə 3 nəfər ölüb və kilsənin keşişi də daxil olmaqla bir neçə nəfər yaralanıb.  Ağ Ev sözçüsü Karolayn Levit jurnalistlərə bildirib ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa telefon zəngində kilsənin vurulmasının “bir səhv” olduğunu deyib.  Müqəddəs Ailə Kilsəsi 2023-cü ilin oktyabrından, İsrail Qəzzanı bombalamağa başlayandan bəri zolağın...
Siyasət

ABŞ diplomatlara başqa ölkələrdəki seçkiləri qiymətləndirməməyi tapşırıb 

18 İyul 2025

Foto: Reuters

ABŞ Dövlət katibi Marko Rubio diplomatlara xarici ölkələrdəki seçkiləri qiymətləndirməməyi tapşırıb.  Bu barədə iyulun 17-də “Reuters” agentliyi ABŞ Dövlət Departamentindən sızdırılan sənədə əsasən məlumat yayıb.  Sənəddən görünür ki, Rubio diplomatlara “xarici ölkələr tərəfindən təşkil olunan seçkilərin dürüstlüyü və ya ədalətliliyi haqda şərh verməməyi” tapşırıb.  “Departament, öz maraqlarında olmadığı halda, artıq Vaşinqtondan seçkilərlə bağlı bəyanatlar və ya sosial media paylaşımları yaymayacaq”, - sənəddə qeyd olunub.  “Xarici seçki ilə bağlı şərh vermək uyğun olduqda, mesajımız qısa olmalı, qalib namizədi təbrik etməyə və zərurət yaranarsa, ortaq xarici siyasət maraqlarını vurğulamağa yönəlməlidir. Mesajlarda seçki prosesinin ədalətliliyi və ya dürüstlüyü, onun legitimliyi və ya sözügedən...

Seçilmiş Videolar

Toplum TV loqo