Polis idarəsində işgəncə gördüyü deyilən inanclı fəal xəstəxanaya yerləşdirilib
Foto: Toplum TV
İyunun 10-da Bakının Keşlə qəsəbəsində saxlanılan Müsəlman Birliyi Hərəkatı üzvü Elgiz Məmmədov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə onun həyat yoldaşı Toplum TV-yə deyib.
Həyat yoldaşı bildirib ki, Məmmədov əvvəlcə saxlanılaraq Nizami Rayon Polis İdarəsinə aparılıb.
“Burada ona fiziki işgəncə verərək üstündə narkotik maddələr tapılması ilə bağlı etiraf videosu çəkdirməyə cəhd ediblər. Lakin o, ittihamı rədd edib və narkotiklərlə bağlı hər hansı bir əlaqəsinin olmadığını deyib”, - həyat yoldaşı qeyd edib.
Onun sözlərinə görə, bundan sonra o, polis işçiləri tərəfindən fiziki işgəncəyə məruz qalıb. İnanclının vəkili Zibeydə Sadiqova onun bədənində işgəncə izlərinin aydın göründüyünü söyləyib və məsələ ilə bağlı Ombudsmanlığa ərizə ilə müraciət edildiyini söyləyib.
Ailəsinin bildirdiyinə görə iyunun 10-u axşama doğru Elgizə verilən su bir neçə dəqiqədən sonra səhhətində kəskin ağrılara yol açıb. Ağrıların şiddətindən inanclı Semaşko xəstəxanasına qaldırılıb. Həkimlərin müdaxiləsi qaçılmaz olub.
“Adətən narkotiklərlə bağlı ittihamı qəbul etməyən inanclılara su vasitəsi ilə narkotik vermək polis idarələrində yeni hal deyil. Onlar bu vasitə ilə ekspertizanın onun qanında narkotik təsdiqi ilə məhkəmə üçün saxta dəlil yaratmış olurlar. Yəqin ki, Elgizlə də bağlı eyni ssenari oynanılıb. Sadəcə Elgizin səhhətində həssaslı saxta narkotik oyununa sərt reaksiya ilə nəticələnib”, - yaxınları bildirib.
Hal-hazırda Nizami Rayon Polis İdarəsində saxlanılan inanclının gün ərzində məhkəmə önünə çıxarılması gözlənilir. Şübhəsiz növbəti narkotik ittihamı daha bir inanclının şərlənməsinə səbəb olacaqdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: OC Media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub