Dünya

Gürcüstan Batumi etirazlarının simvolu olan fəalı deportasiya edib 

11 İyun, 2025
68

Foto: Georgia Today

Gürcüstan hökuməti Batumi şəhərində yaşayan gürcü əsilli Türkiyə vətəndaşı Temur Katamadzeni (Qafar Yılmaz) Türkiyəyə deportasiya edib. 

Bu barədə onun həyat yoldaşı Nino Kakulia “Exo Kavkaza” saytına bildirib. 

2012-ci ildən Gürcüstanda məskunlaşan Katamadze ötən ildən başlayan hökumət əleyhinə etirazlarda fəal iştirak edib. Batumidəki nümayişlərdə Gürcüstan bayrağını daşıyan fəal siyasi camiədə “Batumi bayraqdarı” adını qazanıb. 

O, bu il yanvarın 11-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 5 sutkalıq həbs olunub. Həbs müddətini başa vurduqdan sonra Katamadze yenidən, bu dəfə miqrasiya qanunvericiliyini pozmaq ittihamı ilə saxlanılıb. Daxili İşlər Nazirliyi onun Gürcüstanda yaşamaq hüququnun olmadığını bildirərək onu müvəqqəti saxlama mərkəzinə yerləşdirib. 

Aprelin 29-da Tbilisi Apellyasiya Məhkəməsi fəala qaçqın statusu verilməsindən imtina edib və ertəsi gün Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Katamadzenin Gürcüstandan deportasiyası barədə qərar qəbul edib. Ona ölkəni könüllü tərk etmək üçün verilən vaxt iyunun 10-da başa çatıb. 

Katamadze və vəkilləri onun Türkiyədə Fətullah Gülən hərəkatını dəstəklədiyinə görə həbslə üzləşəcəyini bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Hindistanda göyərtəsində 240-dan çox insan olan təyyarə qəzaya uğrayıb 

12 İyun 2025

Foto: Indianexpress

Hindistanın Əhmədabad şəhərində göyərtəsində 242 nəfər olan təyyarə qəzaya uğrayıb.  "Air India" şirkətinə məxsus, "Boeing 787-8 Dreamliner" modelli təyyarə havaya qalxandan bir qədər sonra qəzaya uğrayıb.  Londona istiqamətlənən təyyarədə 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.  Bu ana qədər 30 nəfərin öldüyü bildirilir, lakin bu rəqəmin artacağı gözlənilir.  Hindistan mətbuatının yazdığına görə, təyyarə tibb tələbələrinin yataqxanasına çırpılıb və yataqxanada da xeyli ölən var.  Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, bu, 2011-ci ildə istifadəyə verilməsindən bəri sözügedən modelin qəzaya uğradığı ilk insidentdir.  Hadisənin səbəbləri hələ ki məlum deyil.
Dünya

İran şəhərlərində küçədə it gəzdirmək qadağan edilib 

12 İyun 2025

Foto: BBC

İran hökuməti ən az 18 şəhərdə ictimai yerlərdə it gəzdirməyi qadağan edib.  Paytaxt Tehranda analoji qərar 2019-cü ildən qüvvədə olsa da, yeni qərar İsfahan, Həmədan, İlam və Kerman kimi şəhərləri də əhatə edib.  Qərara əsasən, itləri ictimai yerlərdə - küçələrdə, tarixi və mədəni abidələrin ərazilərində, parklarda, bazarlarda və ticarət obyektlərində – gəzdirmək qadağandır. Həmçinin, ev heyvanlarının ictimai nəqliyyatda daşınması da qadağan edilib.  Rəsmilər qadağanın “ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və ictimai sağlamlığın mühafizəsi” üçün zəruri olduğunu bildirirlər. Qaydalara əməl etməyən vətəndaşlara qarşı görüləcək tədbirlər arasında cərimə, həbs, nəqliyyat vasitələrinin və itlərin müsadirəsi nəzərdə tutulur. İranın Ali lideri Ayətullah Əli...

Seçilmiş Videolar

Toplum TV loqo