Dünya

Qreta Tunberq: "Bu, fələstinlilərin başına gələnlərin yanında heç nədir" 

10 İyun, 2025
332

Foto: AP

İsveçli iqlim fəalı Qreta Tunberq İsraildən deportasiya edildikdən sonra ilk dəfə ictimaiyyət üçün çıxış edib. 

Tunberq Paris aeroportunda jurnalistlərə deyib ki, o və "Azadlıq Donanması Koalisiyası" qrupunun digər üzvləri İsrail tərəfindən beynəlxalq sularda oğurlanıb və "öz iradələri əksinə" İsrailə aparılıb. 

"Bu, İsrailin törətdiyi saysız-hesabsız beynəlxalq qanun pozuntularının yanına əlavə olunan daha bir pozuntudur. Amma bu, fələstinlilərin başına gələnlərin yanında heç nədir", - o bildirib. 

İsrail ordusu iyunun 9-da Qəzza zolağına yaxınlaşan, “Azadlıq Donanması Koalisiyası” adlı qrupun olduğu gəmini saxlayıb və 12 qrup üzvünü həbs edib. 

Onlardan 4-ü deportasiya edilib, digərlərinin isə deportasiya olunmağa razılaşmadığına görə məhkəmə önünə çıxarılması gözlənilir. 

"Azadlıq Donanması Koalisiyası”nın 12 üzvünün olduğu Madlen gəmisi 1 həftə əvvəl İtaliyanın Kataniya limanından yola çıxmışdı və İsrail blokadası altında olan Qəzza əhalisinə humanitar ehtiyaclar çatdırmağı planlayırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ukrayna Rusiyada iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb

22 Sentyabr 2026

sosial media

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyini bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Açıqlamaya görə, sentyabrın 22-nə keçən gecə Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavodu vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib. Zavodun illik neft emalı gücünün təxminən 7,5 milyon ton olduğu qeyd edilib. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər məhsullar istehsal olunur. Ukrayna tərəfinin məlumatına görə, zərbə endirilən digər müəssisə Samarada yerləşən Kuybışev neft emalı zavodu olub. Həmin müəssisənin ərazisində də yanğın baş verdiyi bildirilib. “Rosneft” şirkətinə məxsus...
Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...

Seçilmiş Videolar

Toplum TV loqo