Siyasət

ABŞ hökuməti sentyabrın sonuna qədər USAID-i “tamamilə bağlayacaq” 

11 İyun, 2025
81

Foto: Financial Times

ABŞ hökumətinin bu ilin sentyabrın sonuna qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tamamilə bağlayacağı bildirilir. 

Bu barədə İngiltərənin “The Guardian” qəzeti ABŞ Dövlət Departamentindən sızdırılan sənədə əsasən xəbər verib. 

10 iyun tarixli, Dövlət katibi Marko Rubionun imzaladığı sənəddə agentliyin bütün beynəlxalq işçi heyətinin ləğvi və xarici yardım proqramlarının birbaşa Dövlət Departamentinin nəzarətinə verilməsi əmr olunur. 

Qərarın 100-dən çox ölkədə çalışan yüzlərlə USAID əməkdaşına, o cümlədən, podratçılara və yerli işçilərə təsir edəcəyi gözlənilir. 
Qərarla əlaqədar ABŞ səfirliklərindəki missiya rəhbərlərinə növbəti dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazır olmaları tapşırılıb. 

Bu ilin martında ABŞ USAID-ə aid olan proqramların 83%-ni dayandırıb. Yerdə qalan sayca təxminən 1000 proqramın isə birbaşa Dövlət Departamentinin nəzarətində davam etdiriləcəyi bildirilirdi. 

ABŞ-ın xarici yardımları əsasən 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılan USAID tərəfindən həyata keçirilib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkə hesabında USAID xərclərini “izaholunmaz” adlandırıb və onun bağlanmasına çağırıb. 
Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş İlon Mask isə USAID-i “cinayətkar təşkilat” adlandırıb. 
Bundan sonra USAID-in dünya üzrə 10,000-dən çox olan heyət sayı 300-ə qədər azaldılıb və ölkə xaricində olan işçilər məzuniyyətə buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstanın Şengen zonasına vizasız gediş rejimi ləğv oluna bilər 

12 İyun 2025

Foto: BBC

Gürcüstanın Şengen zonası ölkələrinə vizasız gediş rejimi ləğv oluna bilər.  Belə ki, Polşa Baş naziri Donald Task iyunun 11-də parlamentdə çıxışında Gürcüstan və başqa ölkələrin vizasız rejiminin ləğv olunması üçün Avropa Parlamentində çoxluq yaratmağa çalışdığını deyib.  “Buna görə məndən inciyəcək gürcülərdən üzr istəyirəm, amma ümumilikdə, mən viza rejiminin sərtləşdirilməsinin tərəfdarıyam. Xüsusən də, Gürcüstan nümunəsində olduğu kimi, artıq avtoritar hakimiyyətlərə dair standartlara hörmət etməyən və ya miqrasiyanın ölkəmizdə və ya Avropada hüquq və asayişə birbaşa təhdid yaratdığı ölkələr üçün bu məhdudiyyətlərin tətbiqini dəstəkləyirəm,” - o bildirib. Mövzu ilə bağlı jurnalistlərin sualına cavab verən Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski belə...
Siyasət

SOCAR Almaniya ilə 10 illik qaz razılaşması bağlayıb

11 İyun 2025

Foto: president.az

Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniyanın dövlət enerji şirkəti SEFE ilə 10 illik qaz təchizatı haqda müqavilə imzalayıb.  Bu barədə iyunun 10-da “Azərtac” xəbər verib.  Razılaşmaya əsasən, SOCAR SEFE-yə təbii qaz tədarük edəcək və illik həcm tədricən 1.5 milyard kub metrədək artacaq. SEFE-dən mətbuat üçün verilən bəyanatda bildirilir ki, tədarükə bu il start veriləcək.  SEFE-nin icraçı direktoru deyib ki, yeni müqavilə Azərbaycan və Almaniya arasındakı “güclü əlaqələrin sübutudur”.  “Bu tərəfdaşlıqla biz Avropaya böyük həcmdə qazın çatdırılması üçün yeni bir marşrut qururuq, bununla da portfelimizi şaxələndirir və müştərilərimizin təchizat təhlükəsizliyini artırırıq," – o bildirib.  SEFE Almaniya dövlətinə məxsus beynəlxalq enerji şirkətidir...

Seçilmiş Videolar

Toplum TV loqo