Məhkəmə

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

20 İyul, 2025
104

İyulun 21-də “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi olacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:00-a təyin olunub.

Ötən prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verərək bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib. 

Daha sonra vəsatət verən jurnalist Fərid İsmayılov səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməməsini  bir daha istəyib. 

İDİ əməkdaşı Əli Zeynal isə Penitensiar Xidmət əməkdaşlarının məhkəməyə gətirilən təqsirləndirilən şəxslərin müdafiəçiləri üçün yazdıqları qeydlərin əllərindən alındığını deyib.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisində əməliyyat keçirib və qapısını möhürləyib. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Təcridxana rəisinin sərinkeşi buraxmaq üçün jurnalistdən yazıların silinməsini istədiyi deyilir

21 İyul 2025

Foto: VOA

Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına ailəsinin gətirdiyi sərinkeşi buraxmaq üçün şərt irəli sürdüyü deyilir.   “Abzas Media”nın xəbərinə görə, İsmayılovun şərti sərinkeşin buraxılmaması haqda gedən xəbərlərin silinməsi olub.  Vaqifqızının ailə üzvlərinə dediyinə görə, təcridxana rəisi bunu iyulun 19-da “Abzas Media işi” üzrə həbsdə olan digər jurnalist Nərgiz Absalamovaya deyib.    “Rəis deyib ki, əgər sərinkeşi içəri buraxmaqla mən Sevinc üçün yaxşı oğlan olacağamsa, o yazılar silinəcəksə, buraxım. Nərgiz də deyib, Sevinc buna heç vaxt razı olmaz. Təbii ki, razı olmaram. Haqqım olanı mənə verməlidirlər. Bazarlığa getmirəm. Sərinkeş qadağan olunan əşyalar siyahısında...
Məhkəmə

Məhkəmə səhhəti pisləşən “Toplum”çuları ev dustaqlığına buraxmayıb 

21 İyul 2025

Foto: Toplum TV

İyulun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun müdafiəçiləri onların səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılmalarını istəyib.  Hakim isə təqsirləndirilənlərin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətləri təmin etməyib.  Təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov isə ötən dəfəki iclaslarda başladığı çıxışını bitirib.  O, çıxışının bu dəfəki hissəsində ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayandan ailə üzvlərinin üzləşdiyi təhdidlərdən danışıb, buna görə hakimiyyətin məsuliyyət daşıdığını deyib.  Növbəti məhkəmə prosesi...

Seçilmiş Videolar

Toplum TV loqo