Məhkəmə

Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub

15 Sentyabr, 2025
71

Foto: sosial media

Binəqədi Rayon Məhkəməsində Fransada yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M.Mirzəli barəsində 6 il 6 ay azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

İttihama görə, Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham elan olunub.

Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu Məhəmməd Mirzəli barəsində qiyabi icraat üzrə istintaq başlayıb.

O, Azərbaycan hakimiyyətinin tənqidçisi kimi tanınır. İyunun 3-də Binəqədi rayon Məhkəməsində onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Bəhruz Səmədov aclığı dayandırıb 

11 Sentyabr 2025

Foto: sosial media

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov aclığı dayandırıb.  Bu barədə ictimai fəal Əmrah Təhməzov məlumat yayıb.  O bildirib ki, sentyabrın 11-də Səmədov nənəsi Zibeydə Osmanovaya zəng edərək səhhətinin pisləşdiyini, həkimlərin onu müayinə etdiyini deyib.  "Zibeydə nənə Bəhruza yalvarıb ki, aclığı dayandırsın, çünki bu yaşında onun aclığına dözə bilmir. Nənəsinin təkidi ilə Bəhruz aclıq aksiyasını dayandırıb. Bəhruzu azad edin", - Təhməzov "Facebook" səhifəsində qeyd edib.  B.Səmədov sentyabrın 6-da Bakı Apellyasiya Məhkəməsinin onun haqqındakı hökmü qüvvədə saxlamasına etiraz olaraq aclığa başlayıb.  Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub. O,...
Məhkəmə

"Zərərçəkən" Azər Qasımlının ondan öz pulunu istədiyini etiraf edib 

11 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib. Hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən qismində tanınan Qurbanəli Yusifov dindirilib.  Cinayət işində iddia olunur ki, A.Qasımlı Q.Yusifovdan hədə-qorxu ilə pul tələb edib və "zərərçəkən" buna görə polisə müraciət edib.  A.Qasımlı isə iddia edir ki, o, Q.Yusifovdan öz pulunu tələb edib.  Politoloqun həyat yoldaşı Samirə Qasımlı "Meydan TV"-yə deyib ki, prosesdə Q.Yusifov A.Qasımlının öz pulunu tələb etdiyini etiraf edib.  "Azər ona konkret sual verdi ki, mən səndən sənin şəxsi pulunu istəmişəm? Qurbanəli Yusifov cavab verdi ki, xeyr, istəməmisən....

Seçilmiş Videolar

Toplum TV loqo