Məhkəmə

Namizəd Səfərov məhkəmədə: “Zərərçəkən kimi tanınan şəxsi tanımıram”

2 İyul, 2026
44

Sosial media

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas, hökumət tənqidçisi Namizəd Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Günel Əfəndiyeva yenə iştirak etməyib. 

Prosesdə əvvəlcə Namizəd Səfərov vəsatətlər verib. O, özünün və G.Əfəndiyevanın mobil telefonlarının anten məlumatlarının məhkəmədə təqdim olunmasını xahiş edib.

Təqsirləndirilən şəxs bir daha bildirib ki, zərərçəkən kimi tanınan şəxsi tanımır və anten məlumatları onun iddiasını sübut edəcək. O, həmçinin saxlanılan zaman yanında olan şəxslərin şahid kimi dindirilməsi və ofisinin yanındakı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını istəyib. 

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərli ittiham aktını elan edib. 

İttiham aktında iddia olunur ki, N.Səfərov "vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanı vəzifəyə təyin edəcəyinə söz verib və ondan 53 min manat pul alıb, lakin vədinə əməl etməyib". 

Namizəd Səfərov ittiham üzrə özünü təqsirli bilməyib. 

O, daha sonra yaşının çoxluğu ilə əlaqədar barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək.

N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir. 

N.Səfərovun həmsədri olduğu Azərbaycan Xalq Parlamenti ona qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib. 

N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edirdi. 

O, hakimiyyəti tənqid edən çıxışları ilə tanınırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“QHT işi”: Zamin Zəkinin həbs cəzası 3 ay azaldılıb

2 İyul 2026

Sosial media

İyulun 1-də Bakı Apellyasiya Məhkəməsində "QHT işi" üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə Zamin Zəkiyə təyin olunan cəzanın müddəti 3 ay azaldılıb. Bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Zəkiyə 7 il 6 ay həbs cəzası verilib.  Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.  Özü isə özünü təqsirli bilmir və ictimai fəaliyyətinə görə cəzalandırıldığını...
Məhkəmə

"Toplum TV işi"ndə vəkil: "Hökmün ədalətli olacağına ümid bəsləmək ifrat sadəlövlük olardı"

30 İyun 2026

Toplum TV

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə müdafiə nitqlərinə start verilib. İlk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun vəkili Fuad Ağayev çıxış edib.  F.Ağayev çıxışının əvvəlində bildirib ki, məhkəmənin ədalətli hökm verəcəyindən şübhə edir.  “Məhkəmə baxışı zamanı tərəflərin çəkişməsi və hüquq bərabərliyi prinsipləri dəfələrlə və kobud şəkildə ittiham tərəfinin xeyrinə pozulub. Müdafiə tərəfinin məhkəmə tərkibinin qanunsuz qərar və hərəkətlərinə qarşı verdiyi etirazlara bir çox hallarda əhəmiyyət verilməyib, həmin etirazlar faktiki olaraq baxılmamış saxlanılıb. Nəhayət, məhkəmə-daktiloskopik ekspertiza...

Seçilmiş Videolar

Toplum TV loqo