Foto: Abzas Media
Avqustun 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyilə "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi baş tutub.
Təqsirləndirilən şəxslər əvvəlcə hakim heyətinin tərkibinə etiraz ediblər.
"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı Z.Əhmədovun prokurorluqdakı vəzifəsindən xaric edildiyini və müəmmalı şəkildə hakim təyin edildiyini deyib.
"Zəfər Əhmədov atası, keçmiş millət vəkili Vahid Əhmədovun sayəsində bu vəzifəyə gəlib. O, öz iradəsilə qərarlar qəbul edə bilməz. Yalnız ona verilən göstərişləri yerinə yetirər. Ona görə də, bu hakim heyətinin tərkibinə etiraz edirik”, - o bildirib.
Hakim heyəti vəsatəti rədd edib və məhkəmə eyni tərkibdə davam edib.
Daha sonra müdafiə tərəfinin vəkilləri vəsatətlərlə çıxış ediblər və jurnalistlərə bəraət verilməsini istəyiblər.
Vəkillərlə birlikdə təqsirləndirilən şəxslər də çıxış ediblər. Onlar həbslərinin siyasi xarakter daşıdığını və peşə fəaliyyətlərinə görə həbs edildiklərini vurğulayıblar.
"Abzas Media"nın direktoru Ülvi Həsənli birinci instansiya məhkəməsində olduğu kimi bu məhkəmədən də ədalətli qərar gözləmədiyini deyib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa və Beynəlxalq Jurnalistlər Federasiyaları "Toplum TV işi" üzrə hökmü qınayır
Toplum TV
“Meydan TV işi“: ‘Azərbaycanda korrupsiyadan, diktaturadan danışmaq cinayətdir’
Meydan TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu