Nicat İbrahim: Biznesimi çökdürdülər, özümü güllələdilər, şərlədilər... Axı nə istəyirlər məndən?..
açıq mənbədən götürülüb
Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin məhkəməsi başlayıb. Bu iş hakim Aygün Qurbanovanın icraatındadır.
“Aeraportda məhkəmə qərarının üzünə də baxmayıblar”
İş üzrə keçirilən hazırlıq iclasında vəkil Zibeydə Sadıqova müvəkkilinin ev dustaqlığına buraxılmasına dair vəsatət təqdim edib.
Vəkil Nicat İbrahimin əsas olmadan həbsdə saxlanıldığını bildirib:
“Daxili İşlər Nazirliyi heç bir əsas olmadan Nicat İbrahimin ölkədən çıxışına məhdudiyyət qoyub. O da həmin qurumu məhkəməyə verib. 2024-cü ilin mayında Səbail rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin məhdudiyyətlə bağlı qərarını ləğv edib. Bundan dörd ay sonra – sentyabrın 6-da Nicat İbrahim həyat yoldaşı və iki azyaşlı övladı ilə Moldovaya uçmaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəlib. Orada sərhəd məntəqəsində ona problem yaradılıb. Nicat İbrahim özü ilə gətirdiyi məhkəmə qərarını təqdim edib. Ancaq aeraportda məhkəmə qərarınının üzünə də baxmayıblar. O da bildirib ki, əgər ona ailəsiylə getməyə əngəl yaratsalar, Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıracaq. Ailə gedib, Nicat qalıb. Üç gün sonra üzünə adam qoyub həbs ediblər, guya adam bıçaqlayıb”.
Vəkilin dediyinə görə, Nicat İbrahimin həbsindən bir gün sonra adam bıçaqladığı iddia olunan ərazidəki kameraların görüntülərinin götürülməsi üçün istintaq qarşısında vəsatət qaldırsa da, təmin olunmayıb.
“Sentyabrın 10-da hadisə yeri kimi qeyd olunan ərazidəki bütün kameralardan görüntüləri tələb etdim. Təəssüf ki, bu günədək həmin görüntülər bizə verilməyib. İndiyədək istintaq qarşısında qaldırdığım heç bir vəsatət təmin olunmayıb. Nicat İbrahim sentyabrın 9-dan əsassız olaraq həbsdə saxlanılır”, - vəkil vurğulayıb.
Prokuror vəkilin sözünü kəsərək hakimə bildirib ki, müdafiəçi hazırkı mərhələdə çıxış edə bilməz. Zibeydə Sadıqova isə prokurordan sözünü kəsməməsini tələb edib.
“Fuad Ələsgərovun qəbuluna yazıldım, şərləyib tutdular”
Hakim Nicat İbrahimdən vəsatətlə bağlı fikrini soruşub. O, əsassız həbsdə saxlanıldığını bildirib:
“Sentyabrın 6-da ailəmlə Moldovaya uçmaq istəyərkən heç bir səbəb göstərmədən məni buraxmadılar. Mən də Prezident Administrasiyasına gedib Fuad Ələsgərovun qəbuluna yazıldım ki, dərdimi deyim. Ondan iki gün sonra şərləyib həbs etdilər. Bu polislərə görə mənim ömrümün yarısı həbslərdə keçdi. Əvvəl biznes işlərimi çökdürdülər, sonra güllələdilər və özümü tutdular. Ürəkləri soyumadı, sonra da pandemiyanı bəhanə edib 15 ay yenidən həbsdə saxladılar. İndi də ailəmi götürüb sakitcə yola çıxdığım yerdə bizi ayırdılar, uşaqlarımı gözüyaşlı qoydular. Uşaqlarım polis görəndə qorxurlar, vahimələnirlər. Mənimlə ədavətləri nədir ki, azadlıqda qalmağım onları bu qədər narahat edir? İki il əvvəl də ailəmlə getmək istəyəndə buraxmadılar, indi də eyni şeyi təkrarladılar. Masanın üstünə qəsdən “rezak” qoymuşdular, məni qəsdən özümdən çıxarırdılar ki, götürüb özümü doğrayım. Axı nə istəyirlər məndən?”
Hakim təqsirləndirilən şəxsə deyib ki, hazırlıq iclası tərəflərin tanışlığı mərhələsidir, fikirlərini məhkəmə baxışı zamanı ifadəsində qeyd edə bilər.
Qısa müşavirədən sonra Nicat İbrahimin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatət təmin olunmayıb. Hakim hazırlıq iclasının yanvarın 13-də davam edəcəyini bildirib.
İctimai fəal Nicat İbrahim sosial şəbəkələrdə hökuməti dəfələrlə tənqid edib. Bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.
O, 2020-ci il iyulun 20-də Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb. Məhkəmədə son sözündə N.İbrahim günahsız olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.
O, 2021-ci il martın 5-də Bakının Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib. N.İbrahim Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.
Bu dəfə isə onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 12-də ittiham ağırlaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq-əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yeni itthamlar verilib. Yeni ittihamlar sübut olunsa, onu 6 ildən 11 ilədək həbs gözləyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Möhyəddin Orucov/şəxsi arxiv
Casusluqda, dövlətə xəyanətdə ittiham edilən Fransa və Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
ordu.az
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.