Məhkəmə

Məhbus anası: “Həmzənin üzünə məhəlləmizin narkomanını qoymuşdular” 

13 Yanvar, 2025
177

açıq mənbədən götürülüb

“Vətəndə özünə gün ağlaya bilməyən gənclər yad ölkələrə üz tutur, əziyyətlə işləyib, təhsil alıb özlərinə həyat qurmağa çalışırlar. Ancaq vətənə qədəm basan kimi tutub, işgəncə verib, şərləyib, həyatını məhv edirlər. Onlardan biri də mənim oğlumdur”

Bunu deyən Azərbaycanda terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunraq bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Həmzə Məmmədlinin anası Hicran Məmmədovadır. 

 

Həmzə Məmmədli kimdir? 

Həmzə Məmmədli 32 yaşındadır. 2015-ci ildən Almaniyada yaşayıb, 2023-cü ilin əvvəlində Almaniya vətəndaşlığı alıb. Elə həmin ilin yayında öz toyunda iştirak etmək üçün Bakıya gələrkən Heydər Əliyev adına Hava Limanında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Ona 2018-ci ildən axtarışa verildiyi, barəsində qiyabi həbs qərarı çıxarıldığı bildirilib. H.Məmmədli 2018-ci ildə Gəncədə  icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra internetdə bu hadisə ilə bağlı çağırışlarda ittiham olunub. O, Cinayət Məcəlləsinin 214.2 (terrorçuluğa acıq çağırış) və 281.2 (bir qrup şəxs tərəfindən dövlət əleyhinə acıq çağrış) maddələrilə təqsirli bilinib. İş materiallarında sübut kimi, Facebookda “Hamam Times” səhifəsindəki paylaşıma yazılmış şərh göstərilib. 

Məhkəmədə vəkilləri onun təqsirsiz olduğunu bildiriblər və bəraət verilməsini istəyiblər. Həmzə Məmmədli də son sözündə ittihamların əsassız olduğunu, Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovu tanımadığını, onunla əlaqəsi olmadığını deyib. 

 

“Deyiblər, bir kəlmə yaz peşmanam, buraxaq, çıx get” 

Hicran Məmmədovanın dediyinə görə, Həmzə əsgərlikdən qayıtdıqdan sonra xeyli müddət axtarışda olsa da, özünə münasib iş tapa bilməyib, çətinliklərlə üzləşib. Uşaqlıqdan futbolla məşğul olan Həmzə 2015-ci ildə Almaniyanın fütbol klublarından birinin tərkibində oynamaq üçün həmin ölkəyə yollanıb. Yaxşı oyun göstərdiyinə görə onu kluba üzv götürüblər. Almaniyada “Miesau” futbol komandasının 5-ci divizionunda yarımmüdafiəçi olub. Anası deyir ki, əsas komandaya düşməsi üçün Almaniya vətəndaşı olması şərt imiş. O da bu müddətdə həm futbol oynayıb, həm də tibbi təhsil alıb, xəstəxanalardan birində həkim assisenti kimi çalışmağa başlayıb. 

Ananın sözlərinə görə, 2018-ci ildə  Azərbaycanda DTX-nın Həmzə Məmmədli barəsində açdığı cinayət işindən nə özünün, nə də ailə üzvlərinin xəbəri olub: 

“Həmzə 2023-cü ilin əvvəlində Almaniya vətəndaşlığı aldı, iyunun 8-də toyu olmalıydı deyə, həmin ayın 1-də Bakıya uçdu. Burda aeraportda saxlanılması özünü də təəccübləndirib. Çünki oğlum heç vaxt siyasi proseslərə qoşulmayıb, aksiyalarda iştirak etməyib. Almaniyada Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə təşkil olnumuş məclislərdə olub, Rəsulzadə ilə bağlı paylaşımlar edib, ancaq hər hansı siyasi aksiyada iştirak etməyib. Aparıblar DTX-nın istintaq idarəsinə, orada qarşısına sənəd qoyublar ki, sənin barəndə 2018-ci ildən cinayət işi və qiyabi həbs qərarı var. Guya bir neçə saxta profildən Gəncə hadisələrini dəstəkləyib, adamları küçələrə səsləyib və sair. Oğlum deyib ki, mənim bu işlərdən xəbərim yoxdur. Deyiblər ki, önəmli bir şey deyil, vaxtı keçmiş işdir, sadəcə, biz sənin ifadəni alıb, bu işi bağlamalıyıq. Bir kəlmə yazarsan ki, peşmanam, vəssalam. Ayın 8-də toyundur, gəl bu sənədlərə qol çək, çıx get toyunu elə. Elə həmin gün aparıblar həkim yanına, həkim oğlumdan bircə onu soruşub ki, ailənizdə psixi xəstə var, ya yox. Oğlum da deyib ki, yoxdur. Ancaq iş məhkəməyə gələndə məlum olub ki, işin içərisində üç həkimin ifadəsi var, guya oğlum onlara saxta profillər açıb çağırışlar etməsindən danışıb”.  

 

“Almaniyada yaşayan adam Bakıdakı ünvandan necə paylaşım edə bilərdi?” 

Hicran Məmmədovanın dediyinə görə, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı Həmzənin ittihamlarla əlaqəsi olmadığını sübut edən sənədlər təqdim olunub. 

“DTX-da Ramazan adlı müstəntiq Həmzəyə deyib ki, Gəncə hadisələrinə görə çağırışlar yayan saxta profillər sənin yaşadığın ünvandan idarə olunub. Həmzə artıq neçə il idi ki, Almaniyada yaşayırdı və Gəncə hadisələri baş verərkən də orada olub. Biz onun Almaniyada yaşadığı ərazinin bələdiyyəsindən də sənəd gətizdirib müstəntiqə təqdim etdik. 2023-cü ilədək bircə dəfə də Bakıya ayaq basmayan adam Bakıda qeydiyyatda olduğu ünvandan necə sosial şəbəkəyə daxil ola, paylaşım edə bilərdi?” 

Ana deyir ki, oğlunun qarşısına heç bir sübut qoya bilməyəndə telefonunu ekspertizaya göndəriblər. “Aşkar etdikləri” isə İnstagram səhifələrindən birində yayımlanmış bir videoya şərh yazması olub: 

“İnstagramda Hamam Times-in nə vaxtsa Hadı Rəcəblinin uşaqpulu ilə bağlı videosu yayımlanıb. Həmzə həmin videonun altına şərh yazmışdı ki, “uşaqpulu yeməkdən qarnın nə boyda olub”. Həmzənin bu şərhini bəyənənlərin hamısını şahid kimi istintaqa cəlb ediblər. Onlar da gəlib məhkəmədə dedilər ki, Həmzəni tanımırlar, sadəcə, yazdığı şərhi bəyəniblər. Ümumiyyətlə, məhkəməyə gələn iyirmi  şahiddən yalnız biri üzünə durdu, o da məhəlləmizin narkomanı idi. Heç məhkəmədə də ayaq üstə dayana bilmirdi. Ekspert də rəy verib ki, guya Həmzənin yazdığı bu şərh qismən dövlət çevrilişinə çağırışdır”

Hicran Məmmədovanın iddiasına görə, Həmzə Məmmədli ilə bağlı cinayət işi səhvən qaldırılıb, ancaq sonradan istintaq orqanı geri addım atmayıb: 

“Qabil Rzayev var, keçmiş OMON-çudur. İsveçrədə yaşayır. Facebook-da profili Qabil Hamza Salmanoğlu kimi qeydiyyatdan keçib. Mənim oğlumsa Hamza Mehmanoğludur. Qabil Rzayev İsveçrədə “Avropa-Azərbaycan” İctimai Birliyi yaradıb. Götürüb yazıblar ki, guya oğlum 1992-ci ildən həmin təşkilatın administratorudur. 1992-ci ildə mənim oğlum 10 aylıq olub. Bu təşkilatı qundaqda yaratmışdı? Sonradan deyirlər ki, texniki səhv olub, 1992-ci il yox, 2012-ci ildə yaradıb. Halbuki 2012-ci ildə də Həmzə əsgərlikdən yeni qayıtmışdı. 20 yaşlı oğlanın Bakıda yaşayıb, İsveçrədə yaradılan hansısa təşkilatla nə əlaqəsi? Axtarıb həmin Qabil Rzayevi də tapdıq, ondan da DTX-ya məktub gəldi ki, mən bu adamı ömrümdə görməmişəm, nə mənimlə, nə də ictimai birliklə əlaqəsi var, belə adda adam tanımıram. Müstəniq o məktubu işə əlavə etməmişdi, məhkəmədə ortaya çıxmadı”

 

Həmzə Məmmədli məhkəmənin hökmü ilə razılaşmır.

Rəsmi qurumlar səsləndirilən fikirlərə münasibət bildirməyiblər. 

Məmmədlinin vəkili Adəm Məmmədov Toplum TV-yə bildirib ki, məhkəmə hökmünü əldə edəndən sonra apellyasiya şikayəti veriləcək.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, bütün təməl hüquq və azadlıqlar kimi söz, fikir azadlığının da təmin olunduğunu bildirirlər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tofiq Yaqublunun məhkəməsində hakim: “Seymur Həzini tullayın bayıra, bir də bu zalda görməyim” 

11 Yanvar 2025

Neweasterneurope.eu

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsində təqsirləndirilən şəxs və zalda əyləşənlərlə iclasa sədrlik edən hakim Elnur Nuriyev arasında gərginlik yaşanıb. Hakim məhkəmə salonunda əyləşən iki nəfəri zaldan kənarlaşdırıb. Yaqublu dələduzluqda ittiham olunur. İstintaq orqanını irəli sürdüyü ittihama görə o, zərərçəkmiş Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün Elnur Məmmədovun (digər təqsirləndirilən şəxsdir) vasitəsiylə ondan 25 min avro, 10 min manat pul alıb. Yaqublu ittihamları qəbul etmir. Artıq üçüncü məhkəmə iclasıdır ki, sənədlər tədqiq olunur. Tofiq Yaqublu bu dəfə də zərərçəkən Elşən Hüseynovla digər təqsirləndirilən şəxs  Elnur Məmmədov arasındakı Whatsapp yazışmalarının qurama olmasından...
Məhkəmə

Fazil Qasımov: “Məhkəmədən sonra nəzarətçilər məni yerə yıxıb fiziki zor göstərdilər, sənədlərimi aldılar”  

10 Yanvar 2025
Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.  Yanvarın 10-da məhkəmə iclası başlayan kimi Fazil Qasımov hakimin diqqətinə çatdırıb ki, son məhkəmə iclasından sonra Bakı İstintaq Təcridxanasında Penitensiar Xidmətin əməkdaşlarının fiziki zorakılığına məruz qalıb:  “Məni qollarım qandallı vəziyyətdə yerə yıxdılar, fiziki zorakılıq göstərərək vəkilimin məhkəmədə verdiyi sənədləri götürdülər. Məhkəmə həm psixoloji, həm də fiziki zorakılığa məruz qalmağımla bağlı hüquqi addımlar atmalıdır”.  Hakimsə bildirib ki, məhkəmə kənarda baş verən hadisələrə qarışmır, Fazil Qasımova isə nəzarətçilərin hərəkətlərindən Penitensiar Xidmətə müraciət edə biləcəyini deyib.  Vəkil Fuad Ağayev hakimlə razılaşmayıb.  “Müvəkkilimə hər dəfə...

Seçilmiş Videolar

Toplum TV loqo