Məhkəmə

Tofiq Yaqublunun vəkili: “Ümid edək ki, məhkəmə ilk dəfə qanuni qərar versin”

5 May, 2025
70

sosial media

Həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü, 35 gündür aclıq edən Tofiq Yaqublunun səhhətində geriləmələr davam edir. 

Mayın 5-də Yaqublunun vəkili Nemət Kərimli onunla saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb. 

Vəkil deyib ki, Yaqublu yata bilmir və ötən gecə yalnız “Dimedrol” iynəsi vurulduqdan sonra yata bilib. O əlavə edib ki, siyasətçi çəki itirməyə davam edir, lakin yaddaşını da itirdiyindən çəkisini və digər göstəricilərini xatırlamayıb. 

Vəkil bildirib ki, Yaqublu bədənindəki ağrılardan şikayət edib və oturub-durmaqda da çətinlik çəkib. 

“Ümid edək ki, sabah Bakı Apellyasiya Məhkəməsi ömründə ilk dəfə qanuni qərar versin. Həbs qəti-imkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət verilib və sistemə yerləşdirilib. Bu məsələ müzakirə mövzularından biridir və hesab edək ki, məhkəmədə qanuni, ədalətli  qərar qəbul ediləcək”, - Kərimli deyib. 

Tofiq Yaqubluya oxunan hökmdən verilən apellyasiya şikayətinə sabah baxılacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi“: "Qaçaqmalçı hökumətdən heç bir xahişim yoxdur"

5 May 2025

Toplum TV

Mayın 5-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslər barəsində açılmış cinayət işinə xitam verilməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı, yaxud başqa qətimkan tədbiri ilə əvəz edilməsini, həmçinin polisin onların evində axtarışı zamanı götürülmüş əşyaların qaytarılması haqda vəsatətlər veriblər. Təqsirləndirilən şəxslər məhkəmədə vəkillərinə sənəd vermək istəyərkən Penitensiar Xidmətin əməkdaşları (konvoy) buna mane olublar. Hakim bildirib ki, “konvoy”lar sənədlərə baxış  keçirdikdən sonra vəkillərə verə bilərlər.  İş üzrə həbs olunan jurnalist Fərid İsmayılov buna etiraz edərək deyib ki, bu sənədlər onların müdafiəsi ilə bağlıdır və konfidensial xarakter...
Məhkəmə

Prokuror İqbal Əbilova 19 il cəza istəyib

2 May 2025

Nurlan Libre

Mayın 2-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror hakimdən talış tarixinin tədqiqatçısı İqbal Əbilova 19 il iş istəyib. Gənc alimin işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğundan, özü isə Bakıda saxlanıldığından hakimlər prosesə onlayn qatılıblar. Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə...

Seçilmiş Videolar

Toplum TV loqo