Reuters
İsrail Baş naziri Benyamin Netanyahu Yəmənə və İrana hücum edəcəklərini deyib.
Netanyahu mayın 4-də Yəməndə mənzillənən Huti qruplaşmasının Təl-Əvivdəki Ben Qurion aeroportuna etdiyi hücumla əlaqədar hökumətin fövqəladə iclasını çağırıb.
O, daha sonra “X” səhifəsində ABŞ Prezidenti Donald Trampın martın 17-də hutiləri və İranı təhdid edən sosial media postunu paylaşaraq üzərinə bunları yazıb:
“Prezident Tramp tamamilə haqlıdır! Hutilərin hücumları İrandan qaynaqlanır. İsrail hutilərin bizim əsas hava limanımıza qarşı hücumuna bizim seçəcəyimiz vaxtda və yerdə, onların iranlı terror başbilənlərinə cavab verəcək”.
İsrailin KAN agentliyi xəbər verib ki, Netanyahunun təhlükəsizlik müşavirəsində Yəmənə qarşı hücumların həyata keçirilməsi barədə qərarlar verilib.
Netanyahu mayın 8-də Azərbaycana planlaşdırdığı rəsmi səfərini də ləğv edib.
Netanyahunun hədələrindən sonra hutilərin sözçüsü Yəhya Səri bəyan edib ki, qrup İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını genişləndirməsinə cavab olaraq, bu ölkəyə qarşı tam hava blokadası tətbiq edib.
Səri əlavə edib ki, bu hava blokadası “başda Ben Qurion hava limanı olmaqla, İsrailin hava limanlarının təkrar hədəfə alınmasını” nəzərdə tutur.
O, bütün beynəlxalq hava yollarına bu açıqlamanı ciddi qəbul etməyi və təcili olaraq İsrail hava limanlarına bütün reysləri ləğv etməyə çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Reuters