Dünya

Papanın maşını Qəzzada uşaqlar üçün mobil klinika kimi işləyəcək

5 May, 2025
21

açıq mənbədən götürülüb

Keçmiş Roma Papası Fransiski daşıyan xüsusi avtomobillərdən biri mobil klinikaya çevriləcək və Qəzza zolağına göndəriləcək. 

Bu barədə mayın 4-də Vatikanın rəsmi media qurumu xəbər verib. 

Bildirilir ki, Papa Fransiskin vəsiyyətlərindən biri 2014-cü ildə Qüdsə səfəri zamanı onu daşıyan avtomobilin Qəzza zolağında yaralanmış uşaqlara xidmət etmək üçün bağışlanması olub.

Avtomobil Katolik yardım şəbəkəsi olan “Caritas” təşkilatına bağışlanacaq və onlar avtomobili tibbi avadanlıqla təchiz edərək uşaqların müayinəsi, diaqnozu və müalicəsi üçün mobil klinikaya çevirəcək. 

“Bu, təkcə avtomobil deyil, bu həm də bir mesajdır ki, dünya hələ Qəzzadakı uşaqları unutmayıb”, - “Caritas”ın icraçı katibi Peter Brun açıqlamasında deyib. 

Aprelin 21-də, 88 yaşında vəfat edən Papa Fransisk Qəzza zolağını bombaladığına görə İsraili tənqid etməsi ilə tanınıb.

O, həmçinin 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bəri hər gün ərazinin yeganə Katolik kilsəsinə zəng edib. Fransisk sonuncu zəngini ölümündən bir gün əvvəl edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Mahaçqalada naməlum şəxslər polis patruluna hücum edib, ölənlər var

5 May 2025

sosial media

Mahaçqalada naməlum şəxslər polis ekipajına hücum ediblər. Onlarla polis əməkdaşları ilə atışma olub, itkilər var. Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb. Dağıstan rəhbəri Sergey Melikov da atışma baş verdiyini təsdiqləyib: "Mahaçqalada atışmanın hansı şəraitdə baş verdiyini araşdırırıq. İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər, lakin sürücü tabe olmayıb və onlara atəş açıb. Ölənlər var”. Hücum edənlərin polis avtomobilini oğurlayaraq oradan qaçdıqları bildirilir.  İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisinin öldürüldüyü, daha ikisi isə polis maşını ilə hadisə yerindən qaçdığı deyilir. Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, bir polis...
Dünya

HƏMAS Qəzzada ərzaq böhranına görə “oğurluq edənləri” güllələyib

5 May 2025

Reuters

Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması oğurluq etdiyi deyilən şəxsləri edam edib.  Qrupun yaydığı bəyanatda deyilir ki, qida ehtiyatlarını oğurlayan 6 nəfər güllələnərək edam edilib, 13 nəfər isə ayaqlarından vurulub.  Qrup əlavə edib ki, oğurluq edənlərin edam olunması davam edəcək.  Qəzza sakinlərinin CNN-ə bildirdiyinə görə, keçən həftədən bəri silahlı dəstələr küçələrə çıxıb ərzaq ehtiyatlarının saxlandığı yerlərə hücum edirlər və HƏMAS-ın əraziyə nəzarətinə meydan oxuyurlar.  HƏMAS bu “cinayətkar dəstələrin” bəzilərinin İsraillə əməkdaşlıq etdiyini iddia edir.

Seçilmiş Videolar

Toplum TV loqo