Dünya

HƏMAS Qəzzada ərzaq böhranına görə “oğurluq edənləri” güllələyib

5 May, 2025
225

Reuters

Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması oğurluq etdiyi deyilən şəxsləri edam edib. 

Qrupun yaydığı bəyanatda deyilir ki, qida ehtiyatlarını oğurlayan 6 nəfər güllələnərək edam edilib, 13 nəfər isə ayaqlarından vurulub. 

Qrup əlavə edib ki, oğurluq edənlərin edam olunması davam edəcək. 

Qəzza sakinlərinin CNN-ə bildirdiyinə görə, keçən həftədən bəri silahlı dəstələr küçələrə çıxıb ərzaq ehtiyatlarının saxlandığı yerlərə hücum edirlər və HƏMAS-ın əraziyə nəzarətinə meydan oxuyurlar. 

HƏMAS bu “cinayətkar dəstələrin” bəzilərinin İsraillə əməkdaşlıq etdiyini iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan “soyqırımı abidəsi”nin direktorunu Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxarıb

12 Mart 2026

Foto/kollaj: Toplum TV

Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda yerləşən “Erməni Soyqırımı” Abidə-Kompleksinin direktorunu ABŞ vitse-prezidenti Ceyms Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxardığını deyib.  Daha öncə Ermənistan mətbuatında ötən ay Azərbaycan və Ermənistana səfər etmiş Vensin “soyqırımı abidəsi”nə ziyarəti zamanı direktor Edita Qzoyan tərəfindən Qarabağ müharibəsi haqda kitab hədiyyə aldığı və direktorun məhz buna görə işdən çıxarıldığı xəbəri yayılmışdı.  Abidə-Kompleksin tabe olduğu Ermənistanın Təhsil Nazirliyi isə iddianı yalanlamış, Qzoyanın kompleksdəki təmir-bərpa işlərinə düzgün nəzarət etmədiyinə görə işdən çıxarıldığını bildirmişdi.  Baş nazir martın 12-də keçirdiyi brifinqdə xəbəri təsdiqləyib və belə əsaslandırıb ki, Qzoyan Vensə bu kitabı hədiyyə etməklə Ermənistanın hazırki xarici...
Dünya

BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

12 Mart 2026

Foto: açıq mənbə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası martın 11-də İranı qınayan qətnamə qəbul edib.  Qətnamədə İranın Fars körfəzi ölkələrinə və İordaniyaya hücumları pislənilir və hücumları dərhal dayandırması tələb olunur.  Şuraya üzv olan 15 ölkədən 13-ü qətnamənin lehinə səs verib. Təkcə Rusiya və Çin səsvermədə iştirak etməyib, lakin onlar daimi üzv kimi malik olduqları veto səlahiyyətindən istifadə etməyib.  Səsvermədən sonra çıxış edən İranın BMT-dəki səfiri Əmir-Səid İrəvani qətnamənin qəbulunu “beynəlxalq ictimaiyyət üçün təəssüfedici gün” adlandırıb.  “Bu qətnamə açıq-aşkar təcavüz aktının əsas qurbanı olan ölkəmə qarşı açıq-aşkar ədalətsizlikdir. Bu, reallıqları təhrif edir və mövcud böhranın köklü səbəblərini qəsdən görməzdən gəlir”, - o bildirib....

Seçilmiş Videolar

Toplum TV loqo