Məhkəmə

Vəkil: İctimai fəalın müdafiə hüququ pozulub

13 Mart, 2025
30

sosial media

Martın 13-də ictimai fəal Rauf Heydərovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. 

Bu barədə “Abzas Media”ya onun vəkili Rövşanə Rəhimli məlumat verib. 

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində Rauf Heydərovun müdafiə hüququ pozulub, məhkəməsi vəkilsiz keçirilib. 

“Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyilə apellyasiya şikayətinə baxılmalı idi. Şəhərdə sıx tıxac olduğuna görə, təyin olunan vaxtdan bir az gecikirdim və bunu məhkəməyə bildirdim. Dedim çatıram artıq, gözləyin. Bu, hər məhkəmədə ola biləcək sadə haldır. Rauf Heydərov da işə müdafiəçisi olmadan baxılmasına etiraz etmişdi. Amma buna məhəl qoymadılar və proses müdafiəçisiz keçirilib və apellyasiya şikayəti təmin edilməyib”, - o bildirib. 

Vəkil deyir ki, prosesin müdafiəçisiz keçirilməsi Rauf Heydərovun müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. 

R.Heydərov martın 9-da Cəfər Cabbarlı heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının əks olunduğu plakatla şəkil çəkdirib və “Facebook” səhifəsində paylaşıb. 

“Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”, - deyə o əlavədə qeyd edib.

Martın 10-da isə fəal 30 sutkalıq inzibati həbsə məhkum olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ramin Dekonun həbs müddəti 3 ay uzadılıb

14 Mart 2025

VOA

“Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Ramin Dekonun (Cəbrayılzadə) həbs müddəti 3 ay uzadılıb.  Qərarı Xətai rayon Məhkəməsi verib. Ramin Deko ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib.  Onunla yanaşı bu iş üzrə Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Aytac Umudova, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Nurlan Libre, Fatimə Mövlamlı, Şəmşad Ağa və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.
Məhkəmə

Vardanyan həbsxanadan audio müraciət göndərib

13 Mart 2025

Azərtac

Azərbaycanda həbsdə olan Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan həbsxanadan audio müraciət göndərib. O, müraciətində aclıq aksiyasının 23-cü günündə olduğunu deyib və artıq aksiyanı dayandırdığını elan edib.  Səs yazısında Vardanyan aclıq aksiyasına başlamaq qərarını izah edib.  “Göstərmək istəyirdim ki, mühakimə olunan mən yox, bütün ermənilər və dövlətin özüdür. Göstərmək istəyirdim ki, ürəyində burada qalıb yaşamaqdan məmnun olanlar hansı bədəli ödəməlidir” Vardanyan baş tutan sonuncu məhkəmə prosesindən də danışıb və ona qarşı şahidlik edən Xankəndi sakinlərini vurğulayıb.  “Dünən məhkəmədə Stepanakertdə yaşayan iki Artsax ermənisi müxtəlif, çox düzgün olmayan şeylər iddia edərək mənə qarşı ifadə verdilər. Onlar məni həyatlarında heç vaxt...

Seçilmiş Videolar

Toplum TV loqo