Məhkəmə

Vergilər Nazirliyi “Toplum”çulardan 79 min manat istəyir 

30 İyun, 2025
127

Foto: Toplum TV

İyunun 30-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxışlar ediblər. 

Əvvəlcə təqsirləndirilənlərdən Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatət verərək hakim heyətindəki Elnur Nuriyevin başqa siyasi motivli işlərdə sifarişli qərarlar verdiyini, buna görə də əvəzlənməli olduğunu bildirib. 

Hakim vəsatəti təmin etməyib. 

Ardınca Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli çıxış edərək 2024-cü ilin martında həbs olunduqdan bəri Vergilər Nazirliyinin ondan gəlirini bəyan etməsini istədiyini və hətta buna görə cərimələdiyini deyib. 

O bildirib ki, bu müddət ərzində notarial əməliyyatlar həyata keçirməyə imkan verən sənəd almaq üçün istintaqa müraciət etsə də, bu sənəd ona verilməyib. 

Məmmədli məhkəmədən onun bu probleminin Vergilər Nazirliyinin diqqətinə çatdırılmasını istəyib. Onun vəsatəti təmin olunub. 

Media eksperti daha sonra əleyhinə olan ittihamlardan söz açıb.

“Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsində təmənnasız dərs demişəm, maaşımı fakültəyə bağışlamışam. İndi mənə deyirlər ki, sən tamah məqsədilə cinayət törətmisən”, - Məmmədli qeyd edib. 

“Bizi mütəşəkkil dəstə adlandırırlar və iddia edirlər ki 2014-cü ildən fəaliyyət göstəririk. Bizimlə birlikdə həbs olunan İlkin Əmrahov həmin vaxt 12 yaşında olub. O, 12 yaşında necə mütəşəkkil dəstə üzvü olub? Burada şüşə arxasında oturan gənclərin heç bir günahı yoxdur. Onların yeganə günahı odur ki, biz ziyalılara qulaq asıblar, haqqın arxasınca qaçıblar. Onlara baxıb özümü günahkar hiss edirəm ki, onlara yol göstərmişəm. Əgər Azərbaycan Konstitusiyası bunu cinayət hesab edirsə, mən cinayətkaram”, - o əlavə edib. 

İttiham olunduğu qanunsuz işəgötürmə maddəsinə toxunan Məmmədli deyib ki, 9 təqsirləndirilən və 49 şahidin ifadə verdiyi işdə bir nəfər belə onun kimisə işə dəvət etdiyi haqda söz işlətməyib. 

O həm də 10 gün əvvəl müayinə olunduğunu, lakin hələ də müayinə olunduğu haqda sənədi ala bilmədiyini məhkəməyə bildirib. 

Çıxış edən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli ittiham aktında haqqında yazılanlarla razılaşmadığını deyib. 

“Bizim yeganə günahımız 30 ildən çox avtoritar sistemin qurulmasına etiraz etməyimiz, qanunun şah olmasını tələb etməyimiz, parlament hökuməti, şəffaf və hesabatlı dövlət istəməyimiz, insan ləyaqətini hər şeydən üstün tutmağımız, idarə edilən yox, idarə edən cəmiyyət istəməyimizdir”, - o vurğulayıb. 

Ardınca çıxış edən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal təkcə özlərinə qarşı deyil, həm də “Abzas Media” və “Meydan TV” işlərindəki ittihamları rədd etdiyini bildirib. 

“Xaricdəki blogerlər Azərbaycan hakimiyyətini hədəfə alan yayımlar etməyə başlayanda və söyüş müxalifəti adını qazananda, Ələsgər Məmmədli özü buna qarşı çıxdı və dedi ki, bizim yolumuz bunun əksi olmalıdı, biz hər şeyi etik normalar çərçivəsində etməliyik. Amma hakimiyyət göstərir ki, o elə xaricdəki blogerlərin etdiyinə layiqdi”, - o deyib. 

Toplum TV-nin video redaktoru Müşfiq Cabbar istintaqın ortaya heç bir sübut çıxara bilmədiyini xatırladıb. 

“Əvvəl deyirdilər istintaq aparılır, indi istintaq başa çatıb, amma hələ də ortada bir şey yoxdu. Hər dəfə istintaq müddətini uzadanda da əsaslandıra bilməyiblər ki, niyə uzadırlar”, - o qeyd edib. 

İDİ-nin əməkdaşı Ramil Babayev bu təşkilatdakı işinin qanunsuz olmadığını, heç bir ittihamla razılaşmadığını deyib. O bildirib ki, “əsl günahkarların kim olduğunu sön sözündə” açıqlayacaq. 

İDİ-nin digər əməkdaşı İlkin Əmrahov isə ittiham aktında yazılanların ümumiyyətlə ona aydın olmadığını bildirib. 

Fərid İsmayılov da ittihamları rədd edib, yeganə təqsirinin polis nəzarəti qətimkan dövründə çəkməyə başladığı reportajlarını tamamlaya bilməməsi olduğunu deyib. 

Prosesdə zərərçəkən qismində çıxış edən Vergilər Nazirliyi 79 min manatın təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsini istəyib. Vəkillər Rəsul Cəfərov və Fəxrəddin Mehdiyev, habelə təqsirləndirilən Ramil Babayev buna etiraz edib. 

Babayev bildirib ki, təqsirləndirilənlərin Toplum TV və ya İDİ-də fərqli müddət aralıqlarında işləməsinə baxmayaraq onların hamısından eyni məbləğdə vəsaitin istənilməsi işin sifarişli olduğunu göstərir. 

Növbəti məhkəmə iclası iyulun 7-i saat 10.00-a təyin olunub. 

“Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həyat yoldaşı: Ülvi Həsənli aclıq aksiyasına başladığı üçün işgəncəyə məruz qalıb

30 İyun 2025

Foto: VOA

Beş günlük tam məlumatsızlıqdan sonra jurnalist Ülvi Həsənli bu gün ilk dəfə saxlanıldığı Umbakı təcridxanasından ailəsi ilə əlaqə saxlayıb. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva iyunun 30-da məlumat yayıb. Onun bildirdiyinə görə, Ülvi Həsənli təcridxanaya köçürüldüyü gün aclıq aksiyasına başladığı üçün həmin vaxtdan etibarən 5 gündür karsa salınıb: “Səsi çox zəif gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib”, – deyə Rübabə Quliyeva bildirib. Jurnalistin həyat yoldaşının sözlərinə görə, Həsənliyə verilən məlumata əsasən, cütlük arasında rəsmi nikah...
Məhkəmə

Məhkəmə Anar Məmmədlini azadlığa buraxmayıb

30 İyun 2025

Foto: sosial media

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.          Vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi və ya Anar Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər verib. Vəsatətləri təmin olunmayıb. Məhkəmənin qərarı ilə baxış iclası iyulun 7-nə təyin edilib. Ötən prosesdə müdagiə tərəfi bir neçə sənədin sübutlar siyahısından xaric edilməsi istəmişdi. Sadıqov sənədlərdə olan imzaların müvəkkilinə aid olmadığını bildirmişdi. Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan...

Seçilmiş Videolar

Toplum TV loqo