Məhkəmə

Saxta qətnamələrə görə məhkəmə qarşısına çıxarılan hakim özünü təqsirli bilmir

31 Oktyabr, 2022
2592

Açıq mənbələrdən götürülüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində elə həmin məhkəmənin keçmiş hakimi İlyas Mahmudovun məhkəməsi başlayıb.

İlyas Mahmudov öz iş otağında hazırladığı və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin möhürüylə möhürlədiyi saxta Qətnamələri vətəndaşlara  satmaqda təqsirləndirilir. İş üzrə tanınmış zərəçəkmiş tərəfsə Dövlət Sosial Müdafiə Fondudur.

Oktyabrın 31-də keçirilən birinci məhkəmə baxış iclasında vəkillər təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq onların yanında oturdulmasına görə vəsatət qaldırıblar. Hakim vəsatəti təmin edib. Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

https://toplum.tv/mehkeme/prokuroru-hamam-goruntuleriyle-santaj-edenler-mehkeme-qarsisindadir

İttihamlardan biri ondan ibarətdir ki, İlyas Mahmudov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə 2008-2019-cu illərdə icraatında olan bir neçə mülki iş üzrə rüşvət alaraq ədalətsiz qərar çıxarıb. Belə ki, ittihama görə, hakim İlyas Mahmudov vətəndaş Həcər Hacıyevanın “Azərişığ”a qarşı borcun silinməsi iddiasını 250 manat rüşvət qarşılığında qismən təmin edib. Müşgünaz Şükürovanın digər şəxsin torpaqdan çıxarılmasına dair iddiasını təmin etmək üçün 1000 manat alıb və ədalətsiz Qətnamə çıxarıb. Zeynəb İmayevanın digər şəxsə qarşı pul tələbinə dair iddiasını da 3500 manat alaraq təmin edib.

Başqa ittiham İlyas Mahmudovun ayrı-ayrı vətəndaşlara əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı saxta Qətnamələr verməsi ilə bağlıdır.

Keçmiş hakim 18 vətəndaşa Sumqayıt şəhəri 2 saylı Tikinti Trestində, Karl Marks adına kolxozda, Bakı şəhəri 3 saylı Tikinti Trestində, Sumqayıt şəhəri Rayonlararası Tikinti Trestində, Sumqayıt şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsində, Ağdam rayonu Lenin adına kolxozda və başqa idarələrdə vaxtilə əmək fəaliyyətiylə məşğul olmaları (rəngsaz, xadimə, fəhlə və sair) barədə yalan məlumatlar yazmaqla, hər birinə uzunmüddətli iş stajı qeyd etməklə saxta Qətnamələr çıxarmaqda da təqsirləndirilir.

İrəli sürülmüş ittihamlardan biri də bir neçə vətəndaşın əlil olması barədə saxta Qətnamələrə aiddir. İttiham aktında qeyd olunub ki, hakim vətəndaş Məhərrəm Məhərrəmovun Müdafiə Nazirliyinə qarşı hüquqi faktın müəyyən edilməsi iddiası üzrə guya həmin şəxsin 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində iştirak edib yaralanmasına dair saxta Qətnamə çıxarıb.

İttiham aktında göstərilib ki, İlyas Mahmudov yalan məlumatlar daxil etdiyi Qətnamələr DSMF-nin Sumqayıt, Abşeron, Zəngilan və başqa şöbələrinə təqdim edilib və icra olunub. DSMF illər ərzində saxta əlillərə və saxta əmək təqaüdçülərinə cəmi 243 min 441 manat məbləğində pensiya ödəyib.

Dövlət ittihamçısı İttiham aktının nəticəvi hissəsini elan etdikdən sonra hakim təqsirləndirilən şəxsə üz tutub.

Hakim: Özünüzü ittiham üzrə təqsirli bilirsinizmi?

Keçmiş hakim: Əlbəttə ki, yox.

Hakim: İfadə verirsizmi?

Keçmiş hakim: Mənim ifadəm geniş olacaq deyə, hazır deyiləm, hazırlaşmağa məhkəmədən vaxt istəyirəm,

Hakim: Bir neçə saat ərzində hazırlaşa bilərsizmi?

Keçmiş hakim: Yox, epizodlar çoxdur, işin həcmi böyükdür, mən ifadəmi həm də yazılı şəkildə təqdim edəcəm.

Hakim növbəti məhkəmə iclasını noyabrın 14-nə təyin etdi.

https://toplum.tv/mehkeme/selim-muslumov-isi-bir-saat-icerisinde-yaradilmis-sirketler-tikintilerden-gelen-otkatlar

İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo