Məhkəmə

Səlim Mülümovun məhkəməsində rüşvət söhbətləri

17 Oktyabr, 2022
2314

Açıq mənbələrdən götürülüb

Keçmiş nazir Səlim Müslümovun məhkəməsində ifadə vermək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş vəzifəli şəxsləri məhkəmə iclaslarına polis gücünə gətiriləcək. Belə bir qərarı oktyabrın 17-də məhkəmə iclasına sədrlik edən hakim çıxarıb. Hakim bildirib ki, Asif Məcidov və Səadət Baxşəliyevaya şahid qismində ifadə vermək üçün dəfələrlə bildiriş göndərilsə də, gəlmirlər. Ona görə də məcburi gətiriləcəklər.

Qeyd edək ki, Səlim Müslümovun nazir işlədiyi dövrdə Asif Məcidov Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru, Səadət Baxşəliyeva isə həmin Mərkəzin təchizat şöbəsinin müdiri olub.

Daha sonra məhkəmə digər şahidlərin dindirilməsiylə davam edib. İfadə verən Həbib Məmmədov deyib ki, tikinti şirkətinin sahibidir. 2015-ci ildə ƏƏSMN Qarabağ əlilləri və şəhid ailələrinə Naftalan, Zərdab, Şamaxı, Tərtər və Qaxda ev tikilməsi ilə bağlı tender elan edib. O da tenderdə iştirak edib və qalib olub: “Tender keçirilməmişdən əvvəl tikilməkdə olan obyektlərin rəhbəri Natiq Əzizovla görüşdüm. Danışığımız belə oldu ki, tenderin qalibi olandan sonra hər tikəcəyim ev üçün ona 3 min manat verməliyəm. 13 ev tikmişəm, hamısının da pulunu dediyi qədərində ona ödəmişəm. Ümumilikdə Natiq Əzizova 39 min manat vermişəm”.

https://toplum.tv/mehkeme/selim-muslumovun-isi-sahidler-otkat-lardan-danisir

Digər şahid Akif Məmişov ifadəsində göstərib ki, 2014- 2020-ci illərdə Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin müdiri işləyib. Həmin dövrlərdə şöbədə yoxlamalar aparılıb. Axırıncı dəfə 2017-ci ildə yoxlama zamanı nöqsanlar aşkar edilib. Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarov onu Nazirliyə çağırıb. Nöqsanların ört-basdır edilməsi üçün rüşvət istəyib: “Məndən 15 min manat istədi. Dedim, o qədər pulum yoxdur. Dedi, yaxşı, onda 13 min manat ver. Əl çəkmədi, razılaşdıq, apardım, verdim, formal töhmət elan elədilər, iş bağlandı, mən də vəzifəmdə qaldım”.

 Hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt, Astara, Ağcabədi, Xocavənd, Yevlax,  Göygöl şöbələrinin keçmiş müdirləri də məhkəməyə gəlmir. Onların da məcburi gətirilməsi barədə qərar çıxarıb.

https://toplum.tv/mehkeme/baku-steel-company-isi-azerboru-nece-satildi

Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.

Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Səlim Müslümov hələ ifadə verməyib. Məhkəmənin əvvəlində deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo