Multimedia

"Daşgil" palçıq vulkanları - Təbiət var, şərait yox

8 Avqust, 2022
1478

Bura Qobustan kəndi yaxınlığında yerləşən “Daşgil” palçıq vulkanlarıdır. Turistlərin gəlib görmək istədiyi yerlərdən biridir.

Qobustan rayonunun eyni adlı kəndindən on bir kilometr uzaqlıqda yerləşir. Amma buraya gəlib çıxmaq hər maşının işi deyil. Vulkanlara doğru gedən yol baxımsız vəziyyətdədir. 

Yolsuzluq başlayanda ziyarətçilər daha dözümlü avtomobillərə minməli olurlar. Dənizə mənzərəsi açılan bu turistik məkanda ziyarətçilər üçün heç bir şərait yaradılmayıb. 

“2019-2023-cü İllər Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nda palçıq vulkanlarında turizm kompleksinin inşası nəzərdə tutulub. Amma nəzərdə tutulan abadlıq işləri Daşgil vulkanına hələ gəlib çıxmayıb. 

Dövlət Turizm Agentliyi “Qılınc” palçıq vulkanlarında turistik kompleksin inşa edildiyini bildirir, lakin işlərin nə zaman başa çatacağı ilə bağlı heç bir proqnoz vermir. Hələ ki, “Qılınc” palçıq vulkanlarının olduğu əraziyə giriş qadağandır. Turistlərin yönəldiyi “Daşgil” palçıq vulkanında isə təbiət var, şərait yoxdur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

Nağıl Kimi Ölkə #1 – İt də getdi, ip də getdi...

21 May 2025
  Bu nağıl yuxunuzu gətirməyəcək. Bəlkə də qarışdıracaq — bir vaxtlar sərhədləri açıq, bazarları dolu olan ölkənin “nağıl” kimi gerçəyindən danışırıq.   Videonu YouTube səhifəmizdə izləyin.
Multimedia

Nifrət nitqi nədir?

7 May 2025

Toplum TV

Nifrət nitqi nədir və necə tənzimlənməlidir? Birləşmiş Millətlər Təşkilatı nifrət nitqini belə tərif edir: Bir insanı və ya qrupu onların dini, milliyyəti, irqi, cinsi və ya digər kimliyinə görə təhqir edən, alçaldan, yaxud ayrı-seçkilik edən söz, yazı və davranış. Azərbaycanda nifrət nitqi ilə bağlı ayrıca hüquqi akt olmasa da, Cinayət Məcəlləsində böhtan, təhqir və düşmənçiliyin təşviqatı kimi maddələr var. Lakin bunlar illər ərzində nifrət nitqi ilə mübarizədə ya yetərli olmayıb, ya da yetərincə icra olunmayıb. Videonu YouTube səhifəmizdə izləyin.

Seçilmiş Videolar

Toplum TV loqo