Siyasət

MEDİA ilə Audiovizual Şura birləşdirilir

16 İyun, 2026
404

meclis.gov.az

Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında yeni qurum -Media və Yayım Şurası yaradılacaq.

Layihəyə görə, Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq.

Şuranın fəaliyyəti, saxlanma xərcləri və maddi-texniki təminatı dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Qanun layihəsinə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv ediləcək, onların səlahiyyətləri isə yeni yaradılan Media və Yayım Şurasına veriləcək.

Yeni qurum media reyestrinin aparılması, jurnalist vəsiqələrinin verilməsi, media subyektlərinin fəaliyyətinə nəzarət, dezinformasiyaya qarşı mübarizə, media məzmunu və sosial şəbəkələrin monitorinqi, dövlət sifarişli media və audiovizual layihələrin həyata keçirilməsi, həmçinin jurnalistlər üçün təlim və müsabiqələrin təşkili kimi geniş səlahiyyətlərə malik olacaq.

Layihədə nəzərdə tutulur ki, Şura media sahəsində araşdırmalar aparacaq, ictimai rəyi öyrənəcək, etik davranış qaydalarına əməl olunması ilə bağlı tövsiyələr hazırlayacaq və qanun pozuntuları barədə aidiyyəti qurumlara müraciət edə biləcək.

Sənədə əsasən, qurumun rəhbərliyi icra hakimiyyəti tərəfindən təyin ediləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo