Məhkəmə

Ruslan İzzətli: “Dövlət adından danışanlar 33 ildir vətəndaşla zorakılıq dili ilə danışırlar”

8 İyun, 2026
157

Sosial media

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edərək təqsirləndirilən şəxslərə həbs cəzası istəyib. 

Prokuror 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Prokurorun iş istəməsinə siyasətçi Ruslan İzzətlinin mövqeyini olduğu kimi təqdim edirik:

“Dövlət adından danışanlar 33 ildir vətəndaşla sevgi yox, dəyənək, zorakılıq dili ilə danışırsa, bu çarəsizliyin, tükənmişliyin göstəricisidir.

Hər zaman demişəm ki, bu rejim artıq yorğun, çarəsiz və tükənmiş vəziyyətdədir. Yorğun, çarəsiz və tükənmiş rejimin dərmanı isə dəyişimdədir. Rejim isə deyir ki, xəstənin  sağalması üçün təklif etdiyiniz dərman xəstəlikdən daha təhlükəlidir. Təhlükədən xilası da həbslərdə görür. Ona görə də məmləkətimizi zəli kimi sümürənlər mənə və dostlarıma ən ağır cəzanı istəyir.

Dövlətimizin qurucusu M. Ə. Rəsulzadə deyirdi: “Hər siyasi təşkilat özünün xalq arasında nə qədər nüfuz və etibar sahibi olmasını yalnız seçki vaxtlarında göstərə bilər. Buna görə də deyirlər: seçki siyasi təşkilat üçün imtahan meydanıdır”.

Liderimiz Rəsulzadənin sözlərini də örnək gətirərək bir daha vurğulayıram, bizə qarşı aparılan repressiya siyasətinin səbəbi intellektdən və peşəkarlıqdan uzaq hakimiyyətin bizimlə siyasi meydanda mübarizə apara bilməməsidir. 

Sevgili millətim, qaranlıqda xoşbəxtlik axtarmayın, xoşbəxtlik aydınlıqdadır. Aydınlıq üçün addım at, hər şey sənin addımından asılıdır”.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo