Multimedia

Maska cərimələrinin taleyi necə olacaq?

9 sentyabr, 2022
3399

COVID-19 virusunun kəskin yayılması səbəbindən Azərbaycanda 2020-ci ildən pandemiya dövrü başlayıb. Son iki il ərzində tibbi maskadan istifadə etmək ölkə vətəndaşları üçün məcburi idi.  

2020-ci ilin iyununda  prezident İlham Əliyev tənəffüs yollarının qoruyucu vasitələrindən istifadə etməməklə bağlı Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliyi təsdiqləmişdi.  

Belə ki, maskadan istifadə etməyənlər üçün müəyyən edilmiş cərimələr minimum 50 manatdan başlayırdı.  

Daha sonra  həmin ilin iyununda karantin dövründə maskadan istifadə etməməyə görə cərimələr iki dəfə artırıldı.  

Bu ilin mayın 1-dən maskaların məcburi taxılması qərarı ləğv edilib. Amma on minlərlə vətəndaşın maska cəriməsi olduğu kimi qalır.   

Bəs bu cərimələrin aqibəti necə olacaq? Daxili işlər nazirliyinin nümayəndəsi Elşad Hacıyev deyir ki, cərimələrin silinməsi yalnız prezidentin verdiyi qərarla mümkündür. 

https://toplum.tv/multimedia/avto-dayanacaqlardan-yigilan-pullar-hara-gedir

Hüquq müdafiəçisi Bəşir Süleymanlıya görə, sonradan açıq havada maska taxmaq məcburiyyətinin doğru qərar olmaması etiraf edilsə də,  hökumət hələ də cərimələrin ləğv edilməsinə maraqlı deyil:  

"Baxmayaraq ki, sonradan etiraflar oldu ki, qapatmanın özü də, açıq havada maska taxmaq qərarı doğru deyilmiş. Bunların fonunda maska taxmaq məcburiyyəti və cərimə tətbiq edilməsi qərarı da doğru deyilmiş. Amma hökumətin hələ də bununla bağlı reaksiyasını görməmişik”.  
  
Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında verdiyi  hesabatda bildirib ki, 2020-ci ilin martın 14-dən 2022-ci ilin yanvarın 1-dək xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.  

Onlardan 747,2 min nəfəri cərimələnib, 1 286 nəfəri isə həbs edilib. Təkcə tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər cərimə edilib.  İctimai iaşə obyektlrəi üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.  

“Xatırlayırsınızsa, qonşu ölkə - Gürcüstanda parlamentdə belə bir layihə təqdim olundu. İyirmi milyon dollar həcmində 200 min vətəndaşın cəriməsi silindi. Layihəyə hüquqi şəxslər də, fiziki şəxslər də aid idi. Amma təəssüflər olsun ki, bununla bağlı Azərbaycanda müsbət nəticə əldə etməmişik”.  
  
Hökumət hələ də tibbi maskadan istifadə ilə bağlı tətbiq edilmiş cərimələrin ləğvi təklifinə sussa da, gələcəkdə cəriməsi qüvvədə qalanları hansı cəza tətbiqi gözləyəcəyi məlum deyil. Qəhrəmanlarımızın təbirincə desək, onlara ya hərəkət məhdudiyyəti yəni ölkədən çıxışlarına qadağa qoyula bilər, ya da müvafiq qurumlar tərəfindən cərimə məbləği aldıqları məvaciblərindən kəsilə bilər. Onlar isə cərimənin ləğv edilməsi ilə bağlı hüquqi prosedurları Avropa insan haqları məhkəməsinə qədər daşımağa hazırdırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

ABŞ sahillərində evlər okeana təslim olur: Sahiblər bahalı əşyaları içəridə qoyur

10 noyabr 2026
İqlim dəyişikliyinin fəsadları özünü Atlantik okeanı sahillərində göstərməyə davam edir. ABŞ-nin Şimali Karolina, Meyn, Virciniya kimi ştatlarında, okean sahilində yerləşən bu evlər su səviyyəsinin qalxması nəticəsində bir-bir çökür.  ABŞ ictimai radiosu NPR-ın araşdırması son 50 ildə okean sularının tədricən qalxdığını və qurunu zəbt etdiyini göstərir. 
Multimedia

 

Cəmil Həsənli: “Əməkhaqqı artımı yalnız bir zümrə üçün olmamalıdır”

5 noyabr 2026
Ötən ayın sonunda Ombudsmanın maaşının 3 min 60 manatdan 12 min manata qaldırılması ilə bağlı qərar Milli Məclisdə yekdilliklə qəbul edilib. Hazırda bu vəzifəni icra edən Səbinə Əliyeva 2019-cu ildən İnsan hüquqları üzrə müvəkkildir. Qanuna bundan əvvəlki belə dəyişiklik Səbinə Əliyevanın sələfi Elmira Süleymanovanın vəzifədə olduğu 2018-ci ildə edilib. O zaman Süleymanovanın maaşı 2025 manatdan 2230 manata qaldırılıb. Hazırkı artımın Əliyevanın əvvəlki maaşından təxminən 4 dəfə çox olması müzakirələrə yol açıb.

Seçilmiş Videolar

Toplum TV loqo