Multimedia

2025-ci il ən çox hansı hadisələrlə yadda qaldı? - İLİN İCMALI

30 Dekabr, 2025
180

Azərbaycanda 2025-ci il də siyasi motivli olduğu deyilən həbslərlə yadda qaldı. Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu il ölkədə siyasi məhbusların sayının 400-ü ötdüyünü deyirlər. 

Bunlardan ən səs-küylüsü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsi oldu. O, hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olundu. 

İl ərzində “Toplum TV” əməkdaşı Fərid İsmayılov da daxil olmaqla müxtəlif vaxtlarda müstəqil jurnalistlərin həbsləri davam etdi. “Toplum TV” və “Meydan TV” işləri üzrə məhkəmə prosesləri başladı, “Abzas Media” işi üzrə həbsdə olan jurnalistlərə isə hökm oxundu. 

İlin yekun icmalına “YouTube” kanalımızda baxa bilərsiniz.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Valideyn: “Məktəbdəki yoxlamadan sonra qızım intihara cəhd edib”

24 İyul 2026

Toplum TV

Naxçıvanda məktəbli qızın intihara cəhdindən sonra atası məktəb rəhbərliyini məsuliyyətli sayır. O iddia edir ki, test yoxlanışı zamanı polis əməkdaşı qızın çantasını sinif yoldaşlarının qarşısında yoxlayıb, daha sonra isə məktəb direktoru ailəni hədələyib.
Multimedia

 

Korrupsiyada ittiham olunan vəzifəlilər azadlıqda, vətəndaş cəmiyyəti üzvləri isə həbsdədir

22 İyul 2026

Toplum TV

Azərbaycanda korrupsiyada ittiham olunan bəzi yüksəkvəzifəli şəxslər istintaq dövründə azadlıqda qalır və ya barələrində daha yüngül qətimkan tədbirləri seçilir. Eyni zamanda, qaçaqmalçılıq və digər ittihamlarla üzləşən vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən səhhətində ciddi problemləri olan şəxslər, bir qayda olaraq istintaq və məhkəmə müddətində həbsdə saxlanılır

Seçilmiş Videolar

Toplum TV loqo