Məişət zorakılığı xəbərləri artır: Medianın və dövlət komitələrinin rolu nədədir?
Son aylarda mediada məişət zorakılığı və qadınlara qarşı törədilən qətllərlə bağlı xəbərlərlə tez-tez rast gəlinir. Son üç ayda hökumətyönlü media bu tip zorakılıq hallarını müxtəlif, eyni zamanda bir-birinə bənzəyən başlıqlarla dəfələrlə paylaşıb. Bu xəbərlərin bir çoxunun başlığında qadınlara fiziki zorakılıq göstərdiyi bildirilən kişilərin bunu törətməsinə səbəb kimi təqdim olunan motivlərin ön plana çıxarıldığını görmək olar:
“Paltarını ütələmədiyinə görə; Paltaryuyan maşınına görə; Evə gec gəldiyinə görə; Evi təmiz saxlamadığına görə” və s döyülən qadın. Gender məsələləri üzrə mütəxəssislər hesab edirlər ki, zorakılığın səbəbini qadının davranışı ilə əlaqələndirən başlıqlar ictimai qavrayışa təsir göstərə bilər. Onların fikrincə, qadınların cəmiyyətdəki rolu ilə bağlı illərdir mövcud olan stereotiplər bu cür yanaşmaların daha asan qəbul edilməsinə şərait yaradır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Ramil Babayev sivil itaətsizliyə başlayıb
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib