Azərbaycanın yaxın tarixinə 16 oktyabr hadisələri kimi keçən etirazlardan 23 il keçir. 2003-cü il oktyabrın 15-də baş tutan prezident seçkisində Mərkəzi Seçki Komissiyası həmin vaxt baş nazir olan İlham Əliyevi 76 faizdən çox səslə qalib elan etmişdi.
Onun ən yaxın rəqibi, Müsavat Partiyasının başqanı İsa Qəmbərin isə 14 faizə yaxın səs topladığı bildirilirdi.
Ertəsi gün nəticələri saxta adlandıran minlərlə müxalif fəal Azadlıq Meydanına toplaşdı. Lakin Daxili Qoşunların əraziyə yeridilməsi ilə mitinq zorakılıqla dağıdıldı, etirazçıların xeylisi dəyənəklərlə döyüldü. Hadisələr zamanı Müsavat Partiyasının Saatlı rayon təşkilatının sədri Həmidağa Zahidov aldığı xəsarətlərdən yerindəcə vəfat etdi. Digər bir aksiya iştirakçısı Alqayıt Məhərrəmov isə bir il sonra cəza çəkdiyi həbsxanada ürək ağrılarından öldü.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Məişət zorakılığı xəbərləri artır: Medianın və dövlət komitələrinin rolu nədədir?
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Ramil Babayev sivil itaətsizliyə başlayıb
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib