Multimedia

Qiymətlər manatla, pensiyalar qəpiklə artır - Ekspert rəyi

29 Sentyabr, 2022
1500

"Pensiyalara gözlənilən artım inflyasiya rəqəmlərini üstələməyəcək".  

Bunu Toplum Tv-yə iqtisadçı Fərid Mehrəlizadə deyib.   

Yeni ildən Azərbaycanda bütün növ pensiyalarda artımların olacağı bildirilir. Belə ki, pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək. İqtisadçı Fərid Mehralızadənin fikrincə, gözlənilən artım pensionerlərin sosial rifahına ciddi təsir etməyəcək.     

İqtisadçının sözlərinə görə, pensiya artımı əhalinin ehtiyaclarını ödəməməsinin əsas səbəblərindən biri odur ki, minimum pensiya məbləği aşağıdır.  

Fərid Mehrəlizadə hesab edir ki, Azərbaycanda normal yaşayış üçün minimum pensiya məbləği 400-500 manat olmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

Nağıl Kimi Ölkə #1 – İt də getdi, ip də getdi...

21 May 2025
  Bu nağıl yuxunuzu gətirməyəcək. Bəlkə də qarışdıracaq — bir vaxtlar sərhədləri açıq, bazarları dolu olan ölkənin “nağıl” kimi gerçəyindən danışırıq.   Videonu YouTube səhifəmizdə izləyin.
Multimedia

Nifrət nitqi nədir?

7 May 2025

Toplum TV

Nifrət nitqi nədir və necə tənzimlənməlidir? Birləşmiş Millətlər Təşkilatı nifrət nitqini belə tərif edir: Bir insanı və ya qrupu onların dini, milliyyəti, irqi, cinsi və ya digər kimliyinə görə təhqir edən, alçaldan, yaxud ayrı-seçkilik edən söz, yazı və davranış. Azərbaycanda nifrət nitqi ilə bağlı ayrıca hüquqi akt olmasa da, Cinayət Məcəlləsində böhtan, təhqir və düşmənçiliyin təşviqatı kimi maddələr var. Lakin bunlar illər ərzində nifrət nitqi ilə mübarizədə ya yetərli olmayıb, ya da yetərincə icra olunmayıb. Videonu YouTube səhifəmizdə izləyin.

Seçilmiş Videolar

Toplum TV loqo