Multimedia

Xain damğası vurulan jurnalist - Mən səngərdə can qoyanda...

21 Sentyabr, 2022
2092

Son günlər sosial şəbəkələrdə  "xainitanıyaq" həştəqi ilə kampaniya başladılıb. "Xainitanıyaq" həştəqi ilə aparılan kampaniyanın əsas hədəfi Ermənistan-Azərbaycan səhədində aparılan hərbi əməliyyatların əleyhinə çıxış edənlərdir. 

Kampaniyanın hədəflərindən biri də jurnalist Əfqan Muxtarlı olub. Əvvəl də jurnalist araşdırmalarına görə həbs olunmuş Əfqan Muxtarlı hesab edir ki, bu cür kampaniyaların sonu həbslə nəticələnir. 

Hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, belə kampaniyalar hökumətin dəstəyi olmasa aparıla bilməz. Bəzi ekspertlər kiminsə xain kimi hədəf göstərilməsinin Stalin dövründə və Hitler Almaniyasında geniş yayılmış təcrübə olduğunu deyir. O ki qaldı kampaniyanın hədəflərinə, onların arasında belə ittihamlardan sonra həbsini gözləyənlər də var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo