Ölkə

Akif Qurbanov: Ələsgər Məmmədli bu qəddar münasibəti dürüstlüyü ilə “qazanıb”

26 May, 2025
159

“Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması”nın spikeri Akif Qurbanov Toplum TV-nin həbsdə olan təisçisi Ələsgər Məmmədlinin doğum günü təbriki göndərib.

Təbriki olduğu kimi təqdim edirik.

Ələsgər Məmmədlinin artıq 2-ci ildir ki, qanunsuz, əsassız və qondarma ittihama görə ad gününü dəmir barmaqlıqlar arasında keçirir. 

Üstəlik də sağlıq problemləri, əməliyyata göstəriş vəziyyəti olduğu halda nə ev həbsinə dəyişir, nə də müalicə üçün şərait yaradırlar. 

Bu qədər qəddar münasibəti nə ilə “qazanıb” Ələsgər? Sadəcə dürüstlüyü, təmizliyi, hüquqdan başqa heç nəyə tabe olmaması ilə. 

Atdığı addımda, tutduğu əməldə daima hüquqa söykənib. Siyasi məsələlərdə tərəf seçkməkdən uzaq durmağa çalışıb, daima müstəqil ekspert mövqeyini həssaslıqla qorumağa səy göstərib. Bununla belə, haqqın yanında durub, həmişə əziləni müdafiə edib.

Ölkədə media azadlığının yaranması və qorunması üçün sözün əsl mənasında külüng çalıb. Elə media orqanı, hüquq icması olmayıb ki, Ələsgərin orada tələbəsi, yetişdirməsində rol aldığı şəxs olmasın. 

Minlərlə gəncin peşəkar həyatında uğur qazanmasına hüquq müəllimi, media eksperti olaraq dəstək olub. İçi mən qarışıq, bu gün həbsdə qondarma ittihamlarla saxlanılan şəxslərin belə yetişməyində Ələsgərin həm müəllim, həm də dost kimi daima dəstəyi olub. 

Görünür hakimiyyətdəkilər həm də ona görə qəzəblidirlər ki, məhz belə müəllimlərin sayəsində cəmiyyətdə ruh ölmür. Haqqını və həqiqəti tələb edən, azadlığı müdafiə edən insanların sayı tükənmir. 

Bizimlə birlikdə Ələsgərin də həbsi məhz fəaliyyəti, məhsulların peşəkar hazırlanmasında verdiyi dəstəyidir. O nə qədər prinsiplərində sərt olsa da, xaraktercə çox mülayim, insanlara dostcanlı yanaşmasını, köməkdar olmasını əsirgəməyən, çox yumşaq qəlbli bir insandır. 

Heç vaxt onun empatiya hissini itirdiyini görmədim. Belə bir insana qarşı edilən qəddarlıq yalnız bu hisslərdən, duyğulardan uzaq adamların verəcəyi qərarla mümkündür. 
Onlar elə hesab edirlər ki, bu qəddarlıqları ilə bizi nəyəsə məcbur edəcəklər. Əksin, bilməlidirlər ki, hər belə qəddarlıqları, özü də Ələsgər kimi insana qarşı, bizim qətiyyətimizi daha da artırır. 

Etdikləri hər pisliyin qarşılığını görəcəklər, özü də mütləq görəcəklər! Əminəm ki, qədirbilən insanlarımız da nəyin necə baş verdiyini yaxşı görür. Ələsgərin tələbələri onu unutmur, minnət duyğularını ifadə etməkdən çəkinmirlər.

Özünü praqmatik sayanlar belə şeyləri anlamasalar və ya anlamamazlıqdan gəlsələr də, qədirbilən insanlarımız anlamalıdır ki, Ələsgər kimi insanlar sözün əsl mənasında cəmiyyət üçün qaranlığa özünü şam edənlərdir. Bu həris maraqlarından başqa heç nəyi düşünməyən, yalnız nəfsləri uğruna yaşayan hakimiyyətdəkilərin yaratdığı çirkaba, qaranlığa işıq saçaraq, özünü belə əritməkdən çəkinməyən 

Ələsgərlər var ki, haqq, hüquq, mübarizə, azadlıq, ədalət sözləri hələ dilimizdən çıxmayıb. Yoxsa, hakimiyyət bu sözləri belə işlətməyə imkan verməzdi. Məhz Ələsgərin və digər ədalət çarçılarının çəkdikləri məhrumiyyət sayəsində qaranlığa işiq düşməyə davam edəcək. Bu mübarizənin sonunda onları işığı o qədər böyüyüəcək ki, sabahımız, gələcəyimiz, aydınlığa çıxacaq. Ona görə də gəlin yaşına, səhhətinə, ailəsinin, balalarının çəkdikləri əzablara baxmayaraq özünü bu cəmiyyətin işıqlı sabaha çıxması üçün şam kimi əritməkdən geri durmayan, gənclərin müəllimi, dostumuz, qayğıkeş Ələsgər Məmmədlini təbrik edək. Onu unutmayaq, fəaliyyətdən hə yerdə danışaq. Ona ən xoş arzularımızı çatdıraq. Və bağrımıza basıb öpək, nə yaxşı ki, varsan deyək! Bir də səni doğub, belə yetişdirən, indi də həsrətini çəkən anamızın əllərindən öpək!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

““Abzas”çılar və Bəhruz Səmədova oxunan hökmlər olan-qalan müstəqil mediaya son qoymaqdır” 

24 İyun 2025

Foto: Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb.  Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”.  Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur.  “Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, - deyə təşkilat çağırış edib.  İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il...
Ölkə

Xüsusi karantin rejimi yenə uzadıldı

23 İyun 2025

Foto: sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadıldı. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 2025-ci il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi. İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo