Ölkə

““Abzas”çılar və Bəhruz Səmədova oxunan hökmlər olan-qalan müstəqil mediaya son qoymaqdır” 

24 İyun, 2025
56

Foto: Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb. 

Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”. 

Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur. 

“Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, - deyə təşkilat çağırış edib. 

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. 

İyunun 20-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. 

Səmədov dövlətə xəyanət, “Abzas"çılar isə qaçaqmalçılıq daxil olmaqla bir neçə maddədə ittiham edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Xüsusi karantin rejimi yenə uzadıldı

23 İyun 2025

Foto: sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadıldı. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 2025-ci il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi. İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.
Ölkə

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul edib 

21 İyun 2025

Foto: sosial media

Milli Məclis iyunun 21-də “Naxçıvan Muxtar Respublikasının (MR) Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.  Qanun layihəsində Naxçıvan MR Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə və preambula hissəsində isə dəyişikliklərin edilməsi nəzərdə tutulub. Əlavə ediləcək maddələrdən birində nəzərdə tutulur ki, Naxçıvan MR ərazisində Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılsın və Prezidentin müəyyən etdiyi vəzifələri icra etsin.  Digər maddədə isə Naxçıvan MR Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblərdən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.  Dəyişiklik ediləcək bir maddəyə...

Seçilmiş Videolar

Toplum TV loqo