Məhkəmə

Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"

29 May, 2025
644

Foto: sosial media

Mayın 30-da “Abzas Media işi” üzrə həbsdə olan iqtisadçı, “Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin polis tərəfindən saxlanılmasının bir ili tamam olur. 

Mehralızadə bu münasibətlə “Azadlıq Radiosu"na saxlanıldığı günü təsvir edən məktub yazıb. 

O, 2024-cü ilin mayın 30-da səhər 8.30 radələrində bir neçə mülki geyimli və maskalı adam tərəfindən küçədən oğurlandığını, başına torba keçirildiyini, 2 saat bu vəziyyətdə saxlanıldığını yazıb. 

“Nəhayət, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşlarına təhvil verilirəm və yaşanan dialoqdan anlaşılır ki, məni təhvil alanlar məni gətirən adamları tanımır. Müstəntiq otağa daxil olduqda iki saatdan sonra torba başımdan çıxarılır. Müstəntiqin ilk sualı sanki seçim xarakterlidir: "Abzas Media, Toplum TV, Meydan TV və Azadlıq Radiosu - bu media orqanları haqqında nə bilirsən?". Hiss olunur ki, müstəntiq mənə sual verməkdə çətinlik çəkir, çünki kim olduğumu və niyə bura gətirildiyimi bilmir, çünki həbsimin sifarişçiləri məni BŞBPİ-yə verərək nəsə düz-qoş etməyi tapşırıblar”, - iqtisadçı qeyd edib. 

Mehralızadə daha sonra evində axtarış aparılmasını təsvir edib. O yazıb ki, onu evinə aparan maşın yolda azı 10 dəfə qəza şəraiti yaradıb. 

“İş o həddə çatır ki, yol polisinin avtomobili məni evdə axtarışa aparan avtomobili saxlamaq üçün onun ardınca düşür. Qarşıdakı digər bir yol polisi maşınındakı yol polisi isə avtomobildən düşərək yolun ortasına, məni aparan maşının qarşısına qaçır. Avtomobildəki hər kəs eyni vaxtda əlini çiyninə apararaq poqon işarəsini göstərir. Avtomobildəki mülkigeyimlilərdən biri ratsiyanı götürərək həmin yol polisi maşınının nömrəsini deyib onlara əməliyyata getdiklərini deməyi tapşırır”, - o təsvir edib. 

Mehralızadə axtarış zamanı evindən sübut xarakterli heç nə tapılmadığını, əməliyyatçıların isə evindəki siyasi məzmunlu kitablara və qəpik kolleksiyasına diqqət etdiyini yazıb. 

“Xoşbəxtlikdən kolleksiyanı kağız yox, qəpik pullardan yığmışam. Yoxsa əksəriyyəti artıq tədavüldə olmayan bu pullar da cinayət işində "sübut" kimi qiymətləndiriləcəkdi. 10 il öncə ("Abzas Media" yaranmamış) Ülvi Həsənli ilə beş gün fərqlə ölkəyə daxil olmağımı və Sevinc Vaqifqızı ilə eyni bölgədən olmağımızı sübut kimi qiymətləndirən təxəyyüldən hər şey gözləmək olar…”, - o vurğulayıb. 

İqtisadçı qeyd edir ki, vəkili ilə yalnız axşam 18.30 radələrində görüşə bilib. O xatırladır ki, vəkili günorta saatlarından etibarən BŞBPİ önündə olsa da, ona özünün BŞBPİ-də olmadığı deyilib. 

Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlanma Yerində iki gün saxlanıldıqdan sonra məhkəmə önünə çıxarılmasını təsvir edən Mehralızadə xatırladır ki, ittiham tərəfi onun həbsi haqqında vəsatəti əleyhinə ifadə olması ilə əsaslandırıb. 

“İbtidai istintaq başa çatdıqdan sonra cinayət işi materialları ilə tanış olarkən məlum olur ki, əleyhimə bir cümlə belə ifadə yoxdur… Yəni, barəmdə heç bir hüquqi əsas olmadan həbs qərarı verilib və hal-hazırda da heç bir hüquqi əsas olmadığı halda, 12 il həbs istənilir. Uzun sözün qısası, 365 gündür ki, ədalət mühakiməsinə deyil, ədalətin qətl edilməsinə şahidlik edirəm", - deyə o, məktubunu sonlandırıb. 

Mayın 20-də prokuror "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, araşdırmaçı jurnalist Hafiz Babalının və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının, koordinatoru Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror, həmçinin, Mehralızadənin avtomobilinin müsadirə olunmasını istəyib. 

Təqsirləndirilən şəxslər ilkin olaraq qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ruslan İzzətli: “Ziyalıların çoxu şəxsi maraqlara görə məmləkətin uçuruma getməsinə susur”

30 May 2025

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır: Respublika dəyərlərinin hakim olduğu ölkələrdə siyasətçilər siyasi meydanlarda, seçki proseslərində, media quruluşlarında xalqa müraciət edir. Respublika dəyərlərinin boğulduğu ölkələrdə isə siysətçilər həbsxanalardan xalqa müraciət edir.  Həbsxana mənim üçün həm də siyasətçinin inzivaya çəkildiyi yerdir. Düşünmək, analiz etmək, gələcəyi daha yaxşı inşa etmək üçün inziva önəmlidir. Təbii ki, kimisi bu inzivadan özünü, davasını inkar edərək çıxır, kimisi də qaranlığa qərq olmuş məmləkətin aydınlığa çıxması üçün daha enerjili və əzmli çıxır.   Dövlətimizin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə bizim üçün həm də dönməzlik simvoludur… Həbsxanada keçirdiyim ikinci Respublika bayramı günümü...
Məhkəmə

Afiəddin Məmmədov: “Cəzaçəkmə müəssisəsində siçanlar ərzaq qutularını deşir”

30 May 2025

Foto: VOA

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.  “İşçi Masası”ndan Toplum TV-yə bildirilib ki, Məmmədov müəssisədə “dözülməz, antisanitar” şəraitdə saxlanılır.  “Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, - açıqlamada deyilir.  “İşçi Masası”, həmçinin, Məmmədova istinadən bildirir ki, müəssisədə normadan artıq sayda məhbus saxlanılır.  “250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur olurlar”, - deyə qeyd olunub.  Təşkilat həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir.  “Məhbuslar...

Seçilmiş Videolar

Toplum TV loqo