Məhkəmə

Taleh Bağırzadə karserə salınıb: “Mənə dedilər ki, iki yoldan birini seçməlisən”

24 İyun, 2025
97

Foto: sosial media

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə cərimə kamerasına (karser) salınıb. 

Bu barədə hərəkatdan məlumat verilib. 

Məlumatda deyilir ki, Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük, iyunun 22-də növbəti dəfə 5 günlük karserə salınıb. MBH bildirir ki, buna səbəb onun dağılmaqda olan cəzaçəkmə müəssisəsi binasında saxlanılmasına etiraz etməsidir. 

“Mənə bildirdilər ki, sən iki yoldan birini seçməlisən. Ya bu dağıntılar altında qalmalı, ya da ciddi-qapalı rejimli müəssisəyə köçürülərək buranı tərk edə bilərsən. Mən hər iki qərara etiraz edərək səhər və axşam məhbusların sayımına çıxmadığım üçün karser cəzası almışam”, - Bağırzadə deyib. 

MBH-in bildirdiyinə görə, karserdən çıxarıldıqdan sonra Bağırzadə məhkəmə önünə çıxarılacaq. 

“Yəqin ki, Umbakı qəsəbəsindəki ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi həyata keçiriləcək.
O, məsələ ilə bağlı rəhbərliyə etirazını bildirsə də, ona aydın söylənilib ki, ciddi-qapalı rejimi və ya burada qalıb ölümünü seçmək öz əlindədir, başqa seçim şansı yoxdur. Rəsmi dairələr Taleh Bağırzadənin digər həbsxanalara köçürülməsinə qəti qadağa qoyublar”,
- bəyanatda deyilir. 

İyunun 1-də Bağırzadə və başqa MBH üzvlərinin saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində binalardan birinin dam örtüyü uçub və nəticədə məhbuslardan biri yaralanıb. O, növbəti gün xəstəxanada vəfat edib. 

Daha sonra MBH iyunun 13-də təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verdiyi ilə bağlı xəbər yayıb. 

Qeyd olunur ki, məhbusların bəziləri digər həbsxanalara köçürülür, Bağırzadə də daxil olmaqla bəzi məhbuslar isə hələ də çökməkdə olan binada saxlanılır. 

Taleh Bağırzadə 2015-ci ilin noyabrında ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. 

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Elvin Mustafayevin xüsusi amansızlıqla zorakılığa məruz qaldığı deyilir

24 İyun 2025

Foto: Fərqanə Novruzova

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevə “xüsusi amansızlıqla” işgəncə verildiyi bildirilir.  Bu barədə “İşçi Masası” iyunun 24-də məlumat yayıb.  Mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada cərimə kamerasına (karser) salınıb.  “İşçi Masası” bildirir ki, onun karserə salınma səbəbi indi məlum olub.  “Belə ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirildikdən dərhal sonra müəssisə rəisi Fariz Əliyevin yanına aparılıb. Elvinin yaxınlarına verdiyi məlumata görə, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonalar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub.  Elvin...
Məhkəmə

Fərid İsmayılov səhhətinə görə məhkəməyə aparılmasına etiraz edir 

24 İyun 2025

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov səhhətinin pisləşməsi ilə əlaqədar məhkəməyə aparılıb-gətirilməsinə etiraz edir.  O, bunu iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hakimə bildirib.  Yaxınlarının Toplum TV-yə dediyinə görə, İsmayılov qanında şəkərin miqdarının az olduğunu, buna görə də səhər saatlarında qida qəbul etmədən məhkəmə iclasına gətirilməsinin səhhətində problemlər yaratdığını qeyd edib.  Jurnalist buna nümunə olaraq baş ağrıları, göz qaralması hiss etdiyini deyib.  “Əgər bizim sonumuz da “Abzas”çılar kimi olacaqsa, onda mənim hökmümü indidən oxuyun, mən hər dəfə bura gəlib-getmək məcburiyyətində olmayım”, - jurnalist hakimə bildirib.  Yaxınları, həmçinin, qeyd edir ki, İsmayılova təcridxanada sistem qoşulsa...

Seçilmiş Videolar

Toplum TV loqo