Modern.az
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə dekabrın 9-da Yasamal Rayon Məhkəməsində qərar qəbul edilib.
Vəkil Aqil Layıc qərardan apellyasiya şikayəti veriləcəyini deyir.
Azər Qasımlı dekabrın 8-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O zor tətbiq etməklə hədə-qorxu ilə tələbetmədə təqsirləndirilir. Özü isə ittihamın qondarma, siyasi sifariş olduğunu deyir.
İş üzrə zərərçəkmiş şəxs qismində REAL partiyasının keçmiş üzvü, deputatlığa keçmiş namizəd Ömər Qurbanəli tanınıb. Mingəçevir Şəhər Məhkəməsi bu ilin aprelində 41min ABŞ dolları məbləğində vəsaitin Ömər Qurbanəlidən tutularaq Azər Qasımlıya verilməsi haqda qərar qəbul etmişdi.
***
Azər Qasımlı hədə-qorxu ilə tələb etmədə ittiham olunur
Azər Qasımlının Cinayət Məcəlləsini 182.3.2 (külli mqidarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı deyilir.
Bu haqda Toplum TV-yə onun vəkili Aqil Layıc məlumat verib.
Vəkil A.Layıc Facebook səhifəsində belə yazıb: “Azər Qasımlı da şərlənərək həbs edildi. Güya kimdənsə hədə-qorxu ilə pul tələb edib. Ölkədə bir dənə də olsun, işıq saçan adam qalmamalıdır…”
***
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının saxlanıldığı bildirilir. Bu haqda onun həyat yoldaşı Samirə Qasımlı Toplum TV-yə deyib.
S.Qasımlının sözlərinə görə, həyat yoldaşı bazar günü səhər saatlarında oğlunu futbola aparıb, polislər onu oğlu məşqdə olarkən saxlayıblar.
“Az sonra Azər zəng edib uşağı futboldan götürməyimi istədi. Soruşdim ki, nə olub? Bircə onu dedi ki, özün bilirsən”,- Samirə Qasımlı bildirib.
Vəkili Azər Qasımlının hazırda Yasamal rayon Polis İdarəsində olduğunu deyir.
Noyabrın 22-də səfərə getmək istəyən Azər Qasımlı ölkədən buraxılmayıb, ona Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğu deyilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Saxta yolla plastik cərrahlığa icazə verdiyi deyilən vəzifəlilər saxlanılıb
Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yaydı
açıq mənbədən götürülür
Qəzadan əvvəl təyyarə xaricdən fiziki və texniki müdaxiləyə məruz qalıb - Azərbaycan Hava Yolları
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar